XƏBƏRLENTİ

xeberlenti.com

SON DƏQİQƏ! ABŞ gəmiləri Tayvan boğazına daxil oldu

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki gəmi Tayvan boğazından keçməyə başlayıb, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Vaşinqton və Pekin arasında gərginliyi artıran Taypeyə səfərindən sonra ilk dəfə belə manevrlər edilir.

Bu barədə “Reuters” ABŞ administrasiyasının üç nümayəndəsinə istinadən məlumat yayıb.

Bu məlumatlara görə, manevrdə beynəlxalq sularda fəaliyyət göstərən “Antietam” və “Chancellorsville” esminesləri iştirak edir.

Daha əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının Hind və Sakit okean regionları üzrə koordinatoru Kurt Kempbell Tayvan ətrafındakı vəziyyətlə bağlı brifinqdə deyib ki, ABŞ beynəlxalq hüququn icazə verdiyi yerlərdə hava və dəniz məkanında fəaliyyətini davam etdirəcək.

Onun sözlərinə görə, buna Tayvan boğazından standart keçidlərin aparılması da daxildir.

About Author