Böyük Britaniya XİN başçısı və Baş nazir postuna namizəd Liz Trass bəyan edib ki, Fransa Prezidenti Emmanuel Makronun hələ öz ölkəsinin dostu və ya düşməni olmasını qət etməyib.
Debatlardan translyasiyanı «Sky News» kanalı həyata keçirib.
Axşam Norvic şəhərində Mühafizəkarlar partiyasının seçkiqabağı kampaniyası keçib, orada Baş nazir postuna hər iki namizədə sual veriblər: «Prezident Makron dost və ya düşməndir?»
Baş nazir postuna ikinci namizəd Rişi Sunak isə öz növbəsində, Fransa Prezidentini krallığın dostu adlandırıb.
«Breksit»dən sonra iki dövlətin münasibətləri arasında çoxsaylı fikir ayrılıqları meydana gəlib, xüsusilə, tərəflər qeyri-qanuni miqrantlarla mübarizə və La-Manşda balıq ovu kvotası məsələsində razılığa gələ bilmirlər.