“Ukrayna bayrağının sarı və mavi rəngləri Azərbaycanın ən yüksək zirvəsində dalğalandı!”
Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski feysbuk səhifəsində yazıb.
“Ukraynanın Azərbaycandakı səfirinin köməkçisi Aleksandr Dorofeyev və Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin nümayəndələri, eləcə də Ukraynanın dostları Azərbaycanın ən hündür nöqtəsi Bazardüzü dağına (4466 m) qalxıblar”, – deyə paylaşımda qeyd olunub.