XƏBƏRLENTİ

xeberlenti.com

Gedişat dəyişir: Rusiya Suriyadakı S-300-lərini çıxardı

Ukrayna ilə müharibəni davam etdirən Rusiyanın hava hücumundan müdafiə sistemləri ilə bağlı gedişlər etdiyi üzə çıxıb.

Rusiya ordusu Suriyada yerləşdirdiyi S-300 müdafiə sistemlərini işğal etdiyi Krıma aparıb.

Peykdən əldə edilmiş görüntülərdə S-300-lərin yerləşdirildiyi Masyaf şəhərindəki yerində olmadığı və oradan Tartus limanına daşındığı görülür.

“Röyter”in məlumatına görə, Rusiya Ukrayna ilə müharibədə hava hücumundan müdafiəni gücləndirmək üçün belə bir addım atıb.

“Bu köçürülmə son həftələrdə Ukrayna qüvvələrinin zərərverici hücumlarına qarşı Rusiyanın həmləsini göstərir”, – mənbə qeyd edib.

Rusiya Müdafiə Nazirliyi hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Rusiya 2015-ci ildən Suriyada hərbi mövcudluğunu qoruyur.


 Mənsur Rəğbətoğlu

About Author