Azərbaycan Tennis Federasiyasının seçki iclası keçirilib.
Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutan tədbirdə ATF-ə prezident seçilib.
Oqtay Əsədov növbəti 4 il müddətinə də federasiyanın rəhbəri olacaq. Gülməmməd Cavadov isə vitse-prezident seçilib. İcraiyyə Komitəsi üzvləri Mehman Qocayev, Fərid Şirinov, Salam Əsgərəlizadə, Yalçın Manaflıdır.