Argentinanın vitse-prezidenti Kristina Fernandes de Kirşner tapança ilə hədələnib.
Hadisə Fernandes de Kirşner evinin qarşısında avtomobildən düşərkən baş verib.
Kütlənin içində dayanan şəxs tapançanı vitse-prezidentə tuşlayıb. Lakin o, silahdan atəş açmayıb.
Polis həmin şəxsi həbs edib.
Onun daha əvvəl odlu silah gəzdirdiyinə görə həbs edilmiş Braziliya vətəndaşı olduğu bildirilir.
İnsidentlə əlaqədar Argentina Prezidenti Alberto Fernandes açıqlama ilə çıxış edib.
Siyasətçi vurğulayıb ki, bu, Argentinada 1983-cü ildə demokratiyanın bərpasından bəri ən pis hadisədir.
Mənbə: RBK