XƏBƏRLENTİ

xeberlenti.com

Əvəz Zeynallı saxlanıldı

Tanınmış jurnalist Əvəz Zeynallı Baş Prokurorluğun əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə məlumatı İlkin Rüstəmzadə sosial şəbəkə hesabında paylaşıb.

Vəkil Elçin Sadıqov da öz Feysbuk hesabından ofisdə axtarışlar aparılacağını bildirib:

“Baş Prokurorluqdan zəng etdilər. Vəkil olduğum üçün ofisə axtarışa gəlirlər”.

Qeyd edək ki, bir neçə gün əvvəl yerli mediada Əvəz Zeynallının həbsdə olan iş adamının ailəsindən 20 min manat pul alması barədə məlumat və səs yazısı yayılmışdı.

About Author