XƏBƏRLENTİ

xeberlenti.com

Haber Global: “Zəngəzur dəhlizində avtomobil yolunun 57 faizi tamamlanıb” – VİDEO

Türkiyənin Haber Global telekanalı Zəngəzur dəhlizinin qurulması üzrə aparılan işləri işıqlandırıb.

Telekanalın süjetində bildirilir ki, dəhlizin Azərbaycan ərazisindəki hissəsində tikinti işləri davam edir və artıq Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun 57 faizi tamamlanıb.

Videomaterialda qeyd olunur ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarəti altında Türkiyə şirkətləri tərəfindən aparılan tikinti işlərinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.

Daha ətraflı Haber Globalın süjetində:

About Author