XƏBƏRLENTİ

xeberlenti.com

RUS ORDUSU İZYUMDAN QAÇIR – Xarkov cəbhəsi tamamən çökdü (VİDEO)

İzyumu tərk edən rus ordusunun qalıqları Luqansk vilayəti istiqamətində geri çəkilir.

Ukraynalı hərbi blogerlərin yaydığı məlumata görə, Ukrayna ordusu düşmənin müdafiə səddi qurmasına yol verməmək üçün onları dayanmadan təqib edir. Hazırda həmin istiqamətdəki yollar və meşə zolağı artilleriya ilə aramsız olaraq vurulur.

Qeyd olunur ki, Liman şəhərinə (Donetsk vilayəti) daxil olan Ukrayna ordusu orada təmizləmə aparır. Ukrayna ordusunun Donetsk vilayətinin Yampol qəsəbəsinə daxil olduğu barədə xəbərlər gəlir. “Rusiya ordusunun Xarkov cəbhəsi tamamən çökdü, Donbasın şimalındakı cəbhəsi də çökür”, – blogerlər yazır.

 

 

About Author