Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində daha bir yaşayış məntəqəsini azad edib.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat paylaşıb.
Böyük Knyaz Romanın adını daşıyan 14-cü əlahiddə mexanikləşdirilmiş briqada Çkalovskoyedə Ukrayna bayrağını sancıb.
Xatırladaq ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində Artemovka və Vasilenkovo kəndlərini azad edib.