Rusiya Prezidenti Vladimir Putin nasistlərin lideri Adolf Hitlerdən heç nə ilə fərqlənmir.
Bu barədə MTMŞ katibi Aleksey Danilov Polşanın «Wiadomosci» nəşrinə müsahibəsində bəyan edib («UNİAN»).
Onun sözlərinə görə, hətta Ukraynaya qarşı başlanmış qanlı müharibədən sonra dünyada ölkələr var ki, Rusiyanı təcavüzkar hesab etmir.
«Sən demə, ölkələr var ki, Rusiyanı nə təcavüzkar kimi, nə də terrorçu kimi görmürlər. Dünya, nəhayət, anlamalıdır ki, Putin Hitlerdən heç nə ilə fərqlənmir. Hitler yəhudiləri məhv etmək ideyasının təsiri altında idi, Putin isə ukraynalıları məhv etmək istəyir»– Danilov deyib.
O, xatırladıb ki, İkinci Dünya müharibəsinin başlanmasından sonra, 26 ölkə anti-Hitler koalisiyası yaratmışdı. Bu gün isə anti-Putin koalisiyası yaratmağın vaxtıdır.
«Rusiyanın Ukraynaya soxulmasına cavab olaraq, 40-dan artıq ölkənin alman Ramştayn bazasında görüşü olub, amma söhbət daha böyüyündən, fundamental dəyərlərin müdafiəsindən gedir» – Danilov deyib. MTMŞ katibi həm də qeyd edib, ölkələrin liderlərinin hamısı anlamır ki, müharibə nədir.
«Bir çox liderlər anlamırlar ki, müharibə nədir. Biz, insanlarımızın həyatını bütün Avropada azadlıq və təhlükəsizlik naminə ödəyirik, bəzi siyasətçilər isə müharibəni qaza görə yüksək hesaba qarşı qoyurlar» – Danilov qeyd edib.
O, xatırladıb ki, böyük «xidmət» ondadır ki, «Qazprom» Avropa İttifaqında monopolist olub.
«Təəssüf ki, hazırda heç kim bu barədə açıq danışmaq istəmir. Çünki Rusiya ilə pisləşmək nəyə lazımdır? Ola bilsin ki, bunun əvəzində qaza görə güzəşt alacağıq? Kreml isə qazdan şantaj instrumenti kimi istifadə edir. Əlbəttə, Avropada populistlər deyəcəklər ki, soyuqdur, çünki müharibə gedir, bəs Ukraynanın buna nə dəxli var? Avropaya qazı biz tədarük etmirik və «Qazprom»u biz monopolist etməmişik» – Danilov deyib.