Sentyabrın 17-də müvəqqəti işğal olunmuş Xersonda atışma olub. Ukrayna xüsusi xidmətlərinin məlumatına görə, kadırovçular və «Vaqner» muzdluları öz aralarında atışıblar. Bu özəl hərbi şirkətin sahibi bu yaxınlarda Rusiya kolonlarında və türmələrində dustaqları şirkətə cəlb edib. Məhz onlar üsyana qalxıblar. İşğalçılar Ukraynanın işğal olunmuş ərazilərində «təsir dairəsi»ni heç cür bölə bilmirlər. Mübahisələrin həlli üçün onlar tez-tez silaha əl atırlar.
Ukrayna xüsusi xidmətlərindəki mənbələrə istinadla, bu barədə «24 kanal» yazır (Obozrevatel.com).
Bundan əvvəl də müvəqqəti işğal olunmuş Xersonda insanlar atəş səsləri eşidiblər. Bunun ardınca o saat belə bir versiya meydana gəlib – rusiyalı təbliğatçılar növbəti quraşdırılmış «ukraynalılarla qəhrəmancasına mübarizə» tipli rolik çəkiblər. Amma «kanal 24» yazır ki, reallıq daha prozaik və eyni zamanda, daha maraqlı olub.
“Bunun səbəbi gerçək üsyan olub – onu vaqnerçi-ZEKlər yaradıblar. Əlbəttə, üsyanı yatırmaq üçün kadırovçulardan istifadə ediblər. Doğrusu, onlar idarəolunmaz dustaqların öhdəsindən gələ bilməyiblər. Çünki orada gerçək döyüş başlayıb. İtkilərə gəlincə, bu barədə hələ məlumat yoxdur”.
Ukrayna Prezidentinin Ofisində həm də qeyd edirlər ki, artıq Xersonda çoxdan baş vermiş və daim artan atışma «gərginliyin növbəti təzahürü»dür – həm özəl hərbi şirkətin muzdluları arasında, həm ora cəlb olunmuş dustaqlar arasında, Rusiya hərbçiləri, FTX əməkdaşları və kadırovçular arasında. Bu barədə Ukrayna Prezidenti Ofisinin müşaviri Mixail Podolyak bəyan edib.
Bu zaman «məişət münaqişələrinin» sayı artır. Tərəflər qaçışdan əvvəl qarət etdiklərini Ukrayna silahlı qüvvələrinin yaxınlaşması fonunda aqressivliklə bölürlər, o, hesab edir.
Bundan az əvvəl informasiya yayılmışdı ki, 1300 kadırovçunu Xerson vilayətinə tullayıblar. Bunu ona görə ediblər ki, rusiyalı qruplaşmaları gücləndirsinlər. Amma onlar biravasitə döyüş əməliyyatlarında iştirak etməyəcəklər. Ən azı, hərbi ekspertlər buna əmindirlər.