XƏBƏRLENTİ

xeberlenti.com

Baydenin müşaviri Türkiyəyə təşəkkür edib

ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Türkiyəyə Ukrayna və Rusiya arasında əsirlərin mübadiləsinin asanlaşdırılmasındakı köməyinə görə minnətdarlığını ifadə edib.

ABŞ Prezidentinin müşaviri bu barədə tviter hesabında yazıb.

“Mən Türkiyə hökumətinə taxıl müqaviləsində liderliyinə arxalanaraq, Ukrayna və Rusiya arasında əsirlərin mübadiləsini asanlaşdırmağa kömək etməsinə görə təşəkkür etmək istəyirəm”, – Baydenin müşaviri sosial şəbəkə hesabında yazıb.

About Author