XƏBƏRLENTİ

xeberlenti.com

Stoltenberq: “NATO ölkələri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək”

NATO-ya üzv dövlətlər Rusiya Federasiyasında elan edilən qismən səfərbərlikdən sonra bu ölkəyə təzyiqləri artırmaq və Moskvaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədirlər.

Bu barədə çərşənbə günü NATO-nun baş katibi Yens Stoltenberq “Reuters Next” onlayn forumunda bildirib.

“NATO-dan verilən mesaj ondan ibarətdir ki, biz Ukraynanı dəstəkləməyə davam etməli, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməliyik və bütün beynəlxalq ictimaiyyəti, o cümlədən BMT-ni Moskvanın hərəkətlərini birmənalı şəkildə pisləmək üçün səfərbər etməliyik”, – deyə baş katib bəyan edib.

Stoltenberq həmçinin bildirib ki, Rusiya prezidenti Vladimir Putinin çərşənbə günü səhər verdiyi bəyanatlara baxmayaraq, alyans Kiyevə dəstəyini davam etdirəcək.

O əlavə edib ki, NATO Rusiya Federasiyası ilə qarşıdurmaya can atmır və Rusiya ilə genişmiqyaslı münaqişənin qarşısını almaq üçün hər şeyi edəcək.

Mənbə: TASS

About Author