XƏBƏRLENTİ

xeberlenti.com

“Nə qədər ki, Ukrayna qələbə çalmayıb, sakitləşməyəcəyik” – Liz Trass

Böyük Britaniyanın yeni Baş naziri Liz Trass bəyan edib ki, onun ölkəsi nə qədər ki, Ukrayna Rusiya Federasiyası (RF) ilə müharibədə qələbə çalmayıb, sakitləşməyəcək. O, Ukrayna ordusuna növbəti partiya hərbi köməyin tədarükünü anons edib (Obozrevatel.com).

Siyasətçi BMT Baş Məclisinin Nyu-Yorkda keçirilən 77-ci sesiyası çərçivəsində çıxış etməyib. Onun sözlərindən «BBC News» nəşri sitat gətirib.

Qeyd edilir ki, o da ABŞ Prezidenti Co Bayden kimi, bundan əvvəl Ukraynadan danışıb və vəd edib ki, Rusiyanın təcavüzü ilə qarşıdurmada Ukraynaya dəstəyini zəiflətməyəcək.

«Munaqişənin bu kritik məqamında mən, vəd edirəm ki, biz, Ukraynaya hərbi köməyimizi davam etdirəcəyik və ya gücləndirəcəyik – lazım olan qədər. Birləşmiş Krallıqdan yeni silahlar Ukraynaya elə indi, mən danışdığım vaxt gəlir, o cümlədən, yeni RCZO raketləri. Biz, nə qədər ki, Ukrayna qəlib gəlməyib, sakitləşməyəcəyik» – Britaniyalı Baş nazir qeyd edib.

Hələ Nyu-Yorka gəlməzdən əvvəl Liz Trass bəyan edib ki, gələn il Britaniya 2022-ci ildə Ukraynaya göstərilməli olan köməyi yerinə yetirəcək və ya köməyin həcmini artıracaq.

Ölkənin hərbi dəstəyinin konkret xarakteristikası 2023-cü ildə USQ-nin ehtiyaclarına görə müəyyən ediləcək.

Britaniya hökumətinin saytında deyilir ki, ehtimal ki, bu kömək yaylım atəşli rarket sistemlərini nəzərdə tutacaq. Trass həm də qeyd edib ki, Avropa Rusiya diktatoru Vladimir Putinin iqtisadi şantajına son qoymalıdır və Rusiyadan bütün energetik asılılıqları aradan götürməlidir.

About Author