XƏBƏRLENTİ

xeberlenti.com

“Kreml aşağı keyfiyyətdə belə səfərbər edilmiş ehtiyat qüvvə yarada bilmir” – ABŞ institutu

Kreml fundamental və sistemli problemləri tez həll edə bilməsə, çox güman ki, hətta aşağı keyfiyyətli səfərbər edilmiş ehtiyat qüvvə yarada bilməyəcək.

Bu qənaətə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun analitikləri gəlib.

Analitiklərin fikrincə, ifrat millətçi və hərbiyönümlü bloqçular Kremli səfərbərlik məsələlərini tez həll etməyə çağırır, lakin onların tələblərini yerinə yetirmək mümkün deyil.

Səfərbərlik haqqında sərəncamla və Rusiya Prezidenti Vladimir Putinin səfərbərlikdən azad edilən kişi kateqoriyaları ilə bağlı bəyanatları ilə fikir ayrılığı da Kremlin özündə hiddət və inamsızlıq yaradır.

Müxtəlif regionlardakı misilsiz səfərbərlik prosesləri Rusiyada sosial gərginliyi artıra bilər.

Eyni zamanda qeyd olunub ki, Rusiyanın qismən səfərbərlik səyləri ilk günlərdə ciddi və sistemli problemlərdən əziyyət çəkir. Belə ki, qismən səfərbərlik elan edildikdən sonra ilk 48 saat ərzində Rusiyada etirazlar, çağırış məntəqələrinə hücumlar və vandalizm aktları baş verib.

About Author