Avropanın Rusiyaya tətbiq etdiyi embarqo ilə bağlı şok görüntülər ortaya çıxıb.
Rusiya neftinin Yunanıstan dənizindən Avropaya gizli daşınmasının görüntüləri yayılıb.
Yapon mediasının yaydığı görüntülərdə Rusiya neftinin gizli və dolayı yolla Avropaya daşınması ilə bağlı məlumatlar bütün dünyada paylaşılıb.
Yapon media orqanı “Nikkei Asia” Qərb ölkələrinin Ukraynadakı hücumlara görə Rusiyaya qarşı sanksiyalar elan etdiyi son dövrdə Rusiya neftinin Avropaya gizli və dolayı yolla daşınmasına dair fotolar və video əldə edib. Təşkilatın ayın əvvəlindəki xəbərində böhran başlayandan bəri 41 tankerin Rusiya mənşəli tankerlərlə Yunanıstan dənizlərində gəmidən gəmiyə neft daşıdığı ictimaiyyətə açıqlanıb.
Xəbərdə Qərb ölkələrinin Rusiyanın maliyyə qaynaqlarını təcrid etmək üçün sanksiyalar tətbiq etdiyi, lakin Rusiya neftinin daşınması davam edərsə, sanksiyaların təsirlərinin məhdudlaşacağına diqqət çəkilib. Yunanıstanın cənubundakı Lakoniya körfəzində neft nəqli görülüb və transfer Yunanıstan bayraqlı “Sea Falcon” ilə Hindistan bayraqlı “Jak Log” gəmisi arasında baş verib.