Bu gün Vətən müharibəsinin başlamasından iki il ötür. “Report” xatırladır ki, 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb.
Belə ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti irimiqyaslı təxribatlara başlamasına, Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq əks-hücum əməliyyatı işə düşüb, sonradan “Dəmir Yumruq” adını alan bu əməliyyat Vətən müharibəsinə çevrilib.
44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi.
Azərbaycan Prezidenti 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin gedişində xalqa ilk müraciətində bütün cəmiyyəti qəti qələbəyə köklədi.
Prezident İlham Əliyev 2020-ci il oktyabrın 4-də ikinci dəfə, oktyabrın 9-da üçüncü dəfə, oktyabrın 17-də dördüncü dəfə, oktyabrın 20-də beşinci dəfə, oktyabrın 26-da xalqa altıncı dəfə müraciət edib. Dövlət başçısının xalqa hər müraciətində yeni-yeni müjdələr, xoş xəbərlər eşidilirdi. Məhz buna görə dövlət başçısının müraciətini bütün dünya azərbaycanlıları sevə-sevə gözləyir və dinləyirdi.
Elə döyüşlərin ilk günündə bir sıra kəndlərlə yanaşı, Azərbaycan Ordusu üçün strateji nöqtələrdən biri olan Murovdağ zirvəsi düşmən işğalından azad olundu. Bu isə həm şəxsi heyət arasında, həm də xalq arasında böyük sevinc və ruh yüksəkliyinin daha da artmasına gətirib çıxardı. 44 gün ərzində döyüş meydanında hər gün qazanılan nailiyyətlər növbəti qələbələrin əldə olunmasına təkan verirdi. Beləliklə, oktyabrın 3-də Azərbaycan Ordusu artıq Talış və Suqovuşan qəsəbələrini azad etməklə cəbhənin şimal istiqamətində düşmənin mövqelərini sarsıtdı. Eyni zamanda, paralel olaraq döyüşlərin davam etdiyi cənub cəbhəsində də xoş xəbərlərin sədası eşidilirdi. Təbii ki, bütün müjdəli xəbərləri Azərbaycan xalqına məhz Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev çatdırırdı.
Oktyabrın 4-də Ali Baş Komandanın Cəbrayılın azad olunması ilə bağlı müjdəsi cəbhənin cənub istiqamətində də ciddi irəliləyişlərin əldə olunduğunu göstərirdi. Oktyabrın ilk on günlüyündə bir sıra yaşayış məntəqələrinin düşmən tapdağından azad olunması artıq Ermənistan ordusunda böyük çaxnaşmalara səbəb olmuşdu. Böyük panikaya düşən düşmən yalnız ordu sıralarından və döyüş meydanından qaçmaqla canını qurtarmağa çalışırdı. Azərbaycan Ordusu isə düşməni qova-qova torpaqlarımızı qarış-qarış azad etməklə qarşıya qoyulan tapşırıqları icra etməklə məşğul idi.
Oktyabrın 9-da Hadrut qəsəbəsinin, oktyabrın 17-də isə Füzuli şəhərinin azadlığı ilə düşmənin artıq beli qırılmış oldu. Müharibənin 21-ci günündə düşmən üzərində əldə olunan qələbələr nəticəsində Ermənistanın siyasi-hərbi rəhbərliyi məğlubiyyətlərinin fərqinə varmışdılar. Təbii ki, geriyə dönüş yox idi. Amma döyüşlər daha şiddətlə davam edirdi və hər gün Ali Baş Komandan tapşırıqlar verir, eləcə də hər gün bütün cəbhəboyu yeni-yeni xoş xəbərlərin sədası eşidilirdi. Oktyabrın 18-də Xudafərin qəsəbəsinin azad olunması ilə Azərbaycan Ordusu cənub cəbhəsində daha bir tarixi ədaləti bərpa etdi. Cəmi iki gün sonra isə Prezident İlham Əliyev bütün zəngilanlıları sevindirən müjdəni xalqa çatdırdı. Belə ki, oktyabrın 20-də Zəngilan şəhəri düşmən işğalından azad olundu. Bir gün sonra – oktyabrın 21-də Mincivan qəsəbəsi də azadlığına qovuşdu. Ayın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsinin işğaldan azad olunması ilə Azərbaycan-İran dövlət sərhədinin uzun illər Ermənistan Silahlı Qüvvələri tərəfindən zəbt edilən 132 kilometrlik hissəsi də tam nəzarətə götürüldü.
Artıq oktyabr ayının bitməsinə bir neçə gün qalırdı. Azərbaycan Ordusu qarşıya qoyulan tapşırıqları tam yerinə yetirməli və işğal edilmiş bütün torpaqları azad etməli idi. Beləliklə, oktyabr ayının 25-də Qubadlı şəhəri də işğaldan azad olundu. Bu qələbə də əldə olunan digər qələbələr kimi həm şəxsi heyət arasında, həm də xalq arasında ruh yüksəkliyi ilə qarşılandı. Döyüşlər isə davam edir, Azərbaycan hərbçiləri işğalda olan torpaqların böyük bir hissəsini artıq azad etmişdilər. Növbəti hədəf Şuşa şəhəri idi. Prezident demişdi ki, Şuşasız bizim işimiz yarımçıq olar. Beləliklə, noyabrın 8-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan etdi. Düşmən Şuşanın azad olunması ilə Azərbaycan Ordusu qarşısında diz çökməyə məcbur oldu. Ermənistan Şuşanın Azərbaycanın nəzarətinə keçməsindən sonra artıq məğlubiyyəti ilə barışdı və kapitulyasiya aktına imza atmağa məcbur oldu. Şuşa uğrunda gedən döyüşlər Vətən müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir.
Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox yaşayış məntəqəsi də işğaldan azad edildi, düşmən diz çökdürüldü, onun kapitulyasiya aktına imza atmaqdan başqa çıxış yolu qalmadı,
2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiya aktı – “Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı” imzalandı.
Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan həm döyüş meydanında, həm də siyasi arenada öz gücünü, qüdrətini bütün dünyaya göstərdi. Vətən müharibəsi dövründə dövlət başçısı informasiya cəbhəsində Ermənistanın bütün təbliğatının üzərindən dünyanın aparıcı media qurumlarına müsahibələri ilə xətt çəkdi. Prezident İlham Əliyev istər xalqa müraciəti, istər tviter paylaşımları, istərsə də bu müddətdə verdiyi 30-a yaxın müsahibəsi ilə bütün dünyada Azərbaycanın haqq carçısına çevrildi.
Həmin gün xalqa sayca səkkizinci müraciətində İlham Əliyev milli şüara çevrilmiş “Qarabağ Azərbaycandır və nida” ifadəsinin artıq bütün Qarabağı əhatə etdiyini və Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulduğunu elan etdi.
Hərbi müstəvidə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi.
Bu münasibətlə Azərbaycan Prezidenti dekabrın 1-də xalqa növbəti dəfə müraciət edərək Ağdam, Kəlbəcər və Laçının bir güllə atmadan, bir şəhid vermədən qaytarıldığını bildirib.
Beləliklə, Ermənistan hərbi birləşmələrinin 4 il ərzində tədricən işğal etdiyi və 30 ilə yaxın dövr ərzində işğalda saxlayaraq ərazisində güclü hərbi istehkamlar, maneələr, müdafiə xətləri qurduğu Azərbaycan torpaqları 44 gün ərzində azad edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu, Ermənistan-Azərbaycan münaqişəsi tarixə çevrildi.
Vətən müharibəsində Azərbaycan parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü Azərbaycanın şanlı tarixidir. Azərbaycan xalqı və dövləti Vətən uğrunda şəhid olan qəhrəman övladlarının işıqlı xatirəsini əziz tutur, onları daim xüsusi ehtiramla yad edir, qazilərin əməyini yüksək qiymətləndirir və onlarla qürur duyur. Ermənistan ordusundan qənimət kimi götürülmüş texnikaların bir hissəsi 2020-ci il dekabrın 10-da Bakıda hərbi paradda nümayiş etdirilib, onlar həmçinin 2021-ci ilin aprelində Bakıda açılmış Hərbi Qənimətlər Parkında sərgilənir.
Artıq azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri davam etdirilir, bütün infrastrukturlar yenidən qurulur. Yeni şəhərlər, kəndlər və yaşayış məntəqələri salınır. İşğaldan azad edilmiş ərazilərə qayıdış başlayıb. Azərbaycanlıların öz doğma yurdlarına, əzəli torpaqlarına səfərləri rahat şəkildə təmin olunur. Təbii ki, zaman-zaman azad olunmuş bütün ərazilərin sahibləri öz yurdlarına qayıdacaq. Bununla yanaşı, vurğulamaq lazımdır ki, Ermənistan yenə də revanşist fikirlərlə yaşayır, sülh istəmir. Buna görə də Ermənistana son sərhəd döyüşlərində növbəti dəfə ağır dərs verilib. Onların bu dəfə də diqqətinə çatdırıldı ki, dəmir yumruq yerindədir və hər an istənilən təxribatın qarşısının alınmasında düşmənin başını əzmək üçün hazırdır. Eyni zamanda, Azərbaycan hər zaman dünyada və regionda sülhün tərəfdarı olub. Azərbaycan dövləti bu mövqeyini bütün dünyaya açıq şəkildə nümayiş etdirir. Vətən müharibəsindən sonra Ermənistanla münasibətlərin normallaşması üçün təqdim etdiyi sülh təklifi Azərbaycanın mövqeyinin bariz nümunəsidir.
Vətən müharibəsi dövründə yaşayış məntəqələrinin və yüksəkliklərin işğaldan azad edilmə xronologiyası:
№ | TARİX | RAYON | YAŞAYIŞ MƏNTƏQƏSİ |
---|---|---|---|
1. | 27.09.2020 | Füzuli | Qaraxanbəyli |
2. | 27.09.2020 | Füzuli | Qərvənd |
3. | 27.09.2020 | Füzuli | Horadiz kəndi |
4. | 27.09.2020 | Cəbrayıl | Böyük Mərcanlı |
5. | 27.09.2020 | Cəbrayıl | Nüzgar |
6. | 27.09.2020 | Kəlbəcər | Murovdağ zirvəsi |
7. | 03.10.2020 | Cəbrayıl | Mehdili |
8. | 03.10.2020 | Cəbrayıl | Çaxırlı |
9. | 03.10.2020 | Cəbrayıl | Aşağı Maralyan |
10. | 03.10.2020 | Cəbrayıl | Şəybəy |
11. | 03.10.2020 | Cəbrayıl | Quycaq |
12. | 03.10.2020 | Füzuli | Aşağı Əbdürrəhmanlı |
13. | 03.10.2020 | Tərtər | Suqovuşan |
14. | 03.10.2020 | Tərtər | Talış |
15. | 04.10.2020 | Cəbrayıl | Cəbrayıl ş. |
16. | 04.10.2020 | Cəbrayıl | Şükürbəyli |
17. | 04.10.2020 | Cəbrayıl | Çərəkən |
18. | 04.10.2020 | Cəbrayıl | Daşkəsən |
19. | 04.10.2020 | Cəbrayıl | Horovlu |
20. | 04.10.2020 | Cəbrayıl | Mahmudlu (kənd) |
21. | 04.10.2020 | Cəbrayıl | Cəfərabad |
22. | 04.10.2020 | Cəbrayıl | Yuxarı Maralyan |
23. | 04.10.2020 | Cəbrayıl | Dəjəl |
24. | 04.10.2020 | Cəbrayıl | Karxulu |
25. | 05.10.2020 | Cəbrayıl | Şıxalıağalı |
26. | 05.10.2020 | Cəbrayıl | Sarıcallı |
27. | 05.10.2020 | Cəbrayıl | Məzrə |
28. | 09.10.2020 | Cəbrayıl | Qışlaq |
29. | 09.10.2020 | Tərtər | Çaylı |
30. | 09.10.2020 | Cəbrayıl | Qaracallı |
31. | 09.10.2020 | Cəbrayıl | Əfəndilər |
32. | 09.10.2020 | Cəbrayıl | Süleymanlı |
33. | 09.10.2020 | Füzuli | Yuxarı Güzlək |
34. | 09.10.2020 | Füzuli | Gorazıllı |
35. | 09.10.2020 | Xocavənd | Hadrut q. |
36. | 09.10.2020 | Xocavənd | Sor |
37. | 14.10.2020 | Füzuli | Qaradağlı |
38. | 14.10.2020 | Füzuli | Xatınbulaq |
39. | 14.10.2020 | Füzuli | Qarakollu |
40. | 14.10.2020 | Xocavənd | Bulutan |
41. | 14.10.2020 | Xocavənd | Məlikcanlı |
42. | 14.10.2020 | Xocavənd | Qırmızıqaya |
43. | 14.10.2020 | Xocavənd | Dağdöşü |
44. | 14.10.2020 | Xocavənd | Tağaser |
45. | 15.10.2020 | Füzuli | Arış |
46. | 15.10.2020 | Cəbrayıl | Doşulu |
47. | 15.10.2020 | Xocavənd | Edişə |
48. | 15.10.2020 | Xocavənd | Düdükçü |
49. | 15.10.2020 | Xocavənd | Edilli |
50. | 15.10.2020 | Xocavənd | Çiraquz |
51. | 16.10.2020 | Xocavənd | Xırmancıq |
52. | 16.10.2020 | Xocavənd | Ağbulaq |
53. | 16.10.2020 | Xocavənd | Axullu |
54. | 17.10.2020 | Füzuli | Füzuli ş. |
55. | 17.10.2020 | Füzuli | Qoçəhmədli |
56. | 17.10.2020 | Füzuli | Cuvarlı |
57. | 17.10.2020 | Füzuli | Pirəhmədli |
58. | 17.10.2020 | Füzuli | Musabəyli |
59. | 17.10.2020 | Füzuli | Çimən |
60. | 17.10.2020 | Füzuli | İşıqlı |
61. | 17.10.2020 | Füzuli | Dədəli |
62. | 18.10.2020 | Cəbrayıl | Hacılı |
63. | 18.10.2020 | Cəbrayıl | Hacı İsaqlı |
64. | 18.10.2020 | Cəbrayıl | Xudafərin q. |
65. | 19.10.2020 | Cəbrayıl | Soltanlı |
66. | 19.10.2020 | Cəbrayıl | Əmirvarlı |
67. | 19.10.2020 | Cəbrayıl | Maşanlı |
68. | 19.10.2020 | Cəbrayıl | Hasanlı |
69. | 19.10.2020 | Cəbrayıl | Alıkeyxalı |
70. | 19.10.2020 | Cəbrayıl | Qumlaq |
71. | 19.10.2020 | Cəbrayıl | Göyərçin Veysəlli |
72. | 19.10.2020 | Cəbrayıl | Niyazqulular |
73. | 19.10.2020 | Cəbrayıl | Keçəl Məmmədli |
74. | 19.10.2020 | Cəbrayıl | Şahvəlli |
75. | 19.10.2020 | Cəbrayıl | İsaqlı |
76. | 20.10.2020 | Füzuli | Dördçinar |
77. | 20.10.2020 | Füzuli | Kürdlər |
78. | 20.10.2020 | Füzuli | Yuxarı Əbdurrəhmanlı |
79. | 20.10.2020 | Füzuli | Qarğabazar |
80. | 20.10.2020 | Füzuli | Aşağı Veysəlli |
81. | 20.10.2020 | Füzuli | Yuxarı Aybasanlı |
82. | 20.10.2020 | Cəbrayıl | Safarşa |
83. | 20.10.2020 | Cəbrayıl | Həsənqaydı |
84. | 20.10.2020 | Cəbrayıl | Fuğanlı |
85. | 20.10.2020 | Cəbrayıl | İmambağı |
86. | 20.10.2020 | Cəbrayıl | Daş Veysəlli |
87. | 20.10.2020 | Cəbrayıl | Ağtəpə |
88. | 20.10.2020 | Cəbrayıl | Yarəhmədli |
89. | 20.10.2020 | Xocavənd | Ağcakənd |
90. | 20.10.2020 | Xocavənd | Mülküdərə |
91. | 20.10.2020 | Xocavənd | Daşbaşı |
92. | 20.10.2020 | Xocavənd | Günəşli |
93. | 20.10.2020 | Xocavənd | Çinarlı |
94. | 20.10.2020 | Zəngilan | Zəngilan ş. |
95. | 20.10.2020 | Zəngilan | Havalı |
96. | 20.10.2020 | Zəngilan | Məmmədbəyli |
97. | 20.10.2020 | Zəngilan | Həkəri q. |
98. | 20.10.2020 | Zəngilan | Şərifan |
99. | 20.10.2020 | Zəngilan | Muğanlı |
100. | 21.10.2020 | Füzuli | Gecəgözlü |
101. | 21.10.2020 | Füzuli | Aşağı Seyidəhmədli |
102. | 21.10.2020 | Füzuli | Zərgər |
103. | 21.10.2020 | Cəbrayıl | Balyand |
104. | 21.10.2020 | Cəbrayıl | Papı |
105. | 21.10.2020 | Cəbrayıl | Tulus |
106. | 21.10.2020 | Cəbrayıl | Tinli |
107. | 21.10.2020 | Zəngilan | Mincivan q. |
108. | 21.10.2020 | Zəngilan | Babaylı |
109. | 21.10.2020 | Zəngilan | Üçüncü Ağalı |
110. | 21.10.2020 | Zəngilan | Sarıl |
111. | 21.10.2020 | Zəngilan | Xumarlı |
112. | 21.10.2020 | Zəngilan | Hacallı |
113. | 21.10.2020 | Zəngilan | Xurama |
114. | 21.10.2020 | Zəngilan | Cahangirbəyli |
115. | 21.10.2020 | Zəngilan | Turabad |
116. | 21.10.2020 | Zəngilan | İçəri Müşlan |
117. | 21.10.2020 | Zəngilan | Qıraq Müşlan |
118. | 21.10.2020 | Zəngilan | Məlikli |
119. | 21.10.2020 | Zəngilan | Üdgün |
120. | 21.10.2020 | Zəngilan | Baharlı |
121. | 22.10.2020 | Füzuli | Mollavəli |
122. | 22.10.2020 | Füzuli | Yuxarı Rəfədinli |
123. | 22.10.2020 | Füzuli | Aşağı Rəfədinli |
124. | 22.10.2020 | Cəbrayıl | Sirik |
125. | 22.10.2020 | Cəbrayıl | Şıxlar |
126. | 22.10.2020 | Cəbrayıl | Məstalıbəyli |
127. | 22.10.2020 | Cəbrayıl | Dərzili |
128. | 22.10.2020 | Zəngilan | Kolluqışlaq |
129. | 22.10.2020 | Zəngilan | Malatkeşin |
130. | 22.10.2020 | Zəngilan | Zəngilan (kənd) |
131. | 22.10.2020 | Zəngilan | Genlik |
132. | 22.10.2020 | Zəngilan | Vəliqulubəyli |
133. | 22.10.2020 | Zəngilan | Qaradərə |
134. | 22.10.2020 | Zəngilan | Çöpədərə |
135. | 22.10.2020 | Zəngilan | Tatar |
136. | 22.10.2020 | Zəngilan | Tiri |
137. | 22.10.2020 | Zəngilan | Əmirxanlı |
138. | 22.10.2020 | Zəngilan | Qarqulu |
139. | 22.10.2020 | Zəngilan | Bartaz (kənd) |
140. | 22.10.2020 | Zəngilan | Dəlləkli |
141. | 22.10.2020 | Zəngilan | Ağbənd q. |
142. | 23.10.2020 | Xocavənd | Dolanlar |
143. | 23.10.2020 | Xocavənd | Bünyadlı |
144. | 23.10.2020 | Cəbrayıl | Dağ Tumas |
145. | 23.10.2020 | Cəbrayıl | Nüsüs |
146. | 23.10.2020 | Cəbrayıl | Xələfli q. |
147. | 23.10.2020 | Cəbrayıl | Minbaşılı |
148. | 23.10.2020 | Zəngilan | Vənədli |
149. | 23.10.2020 | Zəngilan | Mirzəhəsənli |
150. | 23.10.2020 | Qubadlı | Zilanlı |
151. | 23.10.2020 | Qubadlı | Kürd Mahruzlu |
152. | 23.10.2020 | Qubadlı | Muğanlı |
153. | 23.10.2020 | Qubadlı | Alaqurşaq |
154. | 25.10.2020 | Zəngilan | Birinci Alıbəyli |
155. | 25.10.2020 | Zəngilan | İkinci Alıbəyli |
156. | 25.10.2020 | Zəngilan | Rəbənd |
157. | 25.10.2020 | Zəngilan | Yenikənd |
158. | 25.10.2020 | Cəbrayıl | Qovşudlu |
159. | 25.10.2020 | Cəbrayıl | Sofulu |
160. | 25.10.2020 | Cəbrayıl | Dağ Maşanlı |
161. | 25.10.2020 | Cəbrayıl | Kürdlər |
162. | 25.10.2020 | Cəbrayıl | Hovuslu |
163. | 25.10.2020 | Qubadlı | Padar |
164. | 25.10.2020 | Qubadlı | Əfəndilər |
165. | 25.10.2020 | Qubadlı | Yusifbəyli |
166. | 25.10.2020 | Qubadlı | Çaytumas |
167. | 25.10.2020 | Qubadlı | Xanlıq |
168. | 25.10.2020 | Qubadlı | Sarıyataq |
169. | 25.10.2020 | Qubadlı | Mollabürhan |
170. | 25.10.2020 | Qubadlı | Qubadlı ş. |
171. | 26.10.2020 | Cəbrayıl | Çələbilər |
172. | 28.10.2020 | Zəngilan | Birinci Ağalı |
173. | 28.10.2020 | Zəngilan | İkinci Ağalı |
174. | 28.10.2020 | Zəngilan | Zərnəli |
175. | 28.10.2020 | Füzuli | Mandılı |
176. | 28.10.2020 | Cəbrayıl | Qazanzəmi |
177. | 28.10.2020 | Cəbrayıl | Xanağabulaq |
178. | 28.10.2020 | Cəbrayıl | Çullu |
179. | 28.10.2020 | Cəbrayıl | Quşçular |
180. | 28.10.2020 | Cəbrayıl | Qaraağac |
181. | 28.10.2020 | Qubadlı | Qiyaslı |
182. | 28.10.2020 | Qubadlı | Əbilcə |
183. | 28.10.2020 | Qubadlı | Qilican |
184. | 30.10.2020 | Cəbrayıl | Xudaverdili |
185. | 30.10.2020 | Cəbrayıl | Qurbantəpə |
186. | 30.10.2020 | Cəbrayıl | Şahvələdli |
187. | 30.10.2020 | Cəbrayıl | Xubyarlı |
188. | 30.10.2020 | Zəngilan | Aladin |
189. | 30.10.2020 | Zəngilan | Vejnəli |
190. | 30.10.2020 | Qubadlı | Kavdadıq |
191. | 30.10.2020 | Qubadlı | Məmər |
192. | 30.10.2020 | Qubadlı | Mollalı |
193. | 02.11.2020 | Cəbrayıl | Çapand |
194. | 02.11.2020 | Cəbrayıl | Qoşabulaq |
195. | 02.11.2020 | Zəngilan | Dərə Gilətağ |
196. | 02.11.2020 | Zəngilan | Böyük Gilətağ |
197. | 02.11.2020 | Qubadlı | İşıqlı |
198. | 02.11.2020 | Qubadlı | Muradxanlı |
199. | 02.11.2020 | Qubadlı | Milanlı |
200. | 04.11.2020 | Cəbrayıl | Mirək |
201. | 04.11.2020 | Cəbrayıl | Kavdar |
202. | 04.11.2020 | Zəngilan | Məşədiismayıllı |
203. | 04.11.2020 | Zəngilan | Şəfibəyli |
204. | 04.11.2020 | Qubadlı | Başarat |
205. | 04.11.2020 | Qubadlı | Qarakişilər |
206. | 04.11.2020 | Qubadlı | Qaracallı |
207. | 07.11.2020 | Füzuli | Yuxarı Veysəlli |
208. | 07.11.2020 | Füzuli | Yuxarı Seyidəhmədli |
209. | 07.11.2020 | Füzuli | Qorqan |
210. | 07.11.2020 | Füzuli | Üçüncü Mahmudlu |
211. | 07.11.2020 | Füzuli | Qacar |
212. | 07.11.2020 | Füzuli | Divanalılar |
213. | 07.11.2020 | Cəbrayıl | Yuxarı Məzrə |
214. | 07.11.2020 | Cəbrayıl | Yanarxac |
215. | 07.11.2020 | Qubadlı | Qəzyan |
216. | 07.11.2020 | Qubadlı | Balasoltanlı |
217. | 07.11.2020 | Qubadlı | Mərdanlı |
218. | 07.11.2020 | Zəngilan | Beşdəli |
219. | 07.11.2020 | Xocalı | Qarabulaq |
220. | 07.11.2020 | Xocalı | Baharlı |
221. | 07.11.2020 | Xocavənd | Ataqut |
222. | 07.11.2020 | Xocavənd | Hünərli |
223. | 08.11.2020 | Şuşa | Şuşa ş. |
224. | 09.11.2020 | Füzuli | Qobu Dilağarda |
225. | 09.11.2020 | Füzuli | Yal Pirəhmədli |
226. | 09.11.2020 | Füzuli | Yuxarı Yağlıvənd |
227. | 09.11.2020 | Füzuli | Dilağarda |
228. | 09.11.2020 | Füzuli | Seyidmahmudlu |
229. | 09.11.2020 | Füzuli | Ələsgərli |
230. | 09.11.2020 | Füzuli | Aşağı Güzlək |
231. | 09.11.2020 | Füzuli | Govşatlı |
232. | 09.11.2020 | Füzuli | Mirzəcamallı |
233. | 09.11.2020 | Füzuli | Şəkərcik |
234. | 09.11.2020 | Füzuli | Merdinli |
235. | 09.11.2020 | Füzuli | Şıxlı |
236. | 09.11.2020 | Füzuli | Qaraməmmədli |
237. | 09.11.2020 | Füzuli | Dövlətyarlı |
238. | 09.11.2020 | Füzuli | Hüseynbəyli |
239. | 09.11.2020 | Füzuli | Saracıq |
240. | 09.11.2020 | Xocalı | Dəmirçilər |
241. | 09.11.2020 | Xocalı | Çanaqçı |
242. | 09.11.2020 | Xocalı | Mədətkənd |
243. | 09.11.2020 | Xocalı | Sığnaq |
244. | 09.11.2020 | Şuşa | Daşaltı |
245. | 09.11.2020 | Xocavənd | Susanlıq |
246. | 09.11.2020 | Xocavənd | Binə |
247. | 09.11.2020 | Xocavənd | Tuğ |
248. | 09.11.2020 | Xocavənd | Ağdam |
249. | 09.11.2020 | Xocavənd | Azıx |
250. | 09.11.2020 | Xocavənd | Böyük Tağlar |
251. | 09.11.2020 | Xocavənd | Salakətin |
252. | 09.11.2020 | Xocavənd | Zoğalbulaq |
253. | 09.11.2020 | Xocavənd | Arakül |
254. | 09.11.2020 | Xocavənd | Tağaverd |
255. | 09.11.2020 | Xocavənd | Zərdanaşen |
256. | 09.11.2020 | Xocavənd | Şexer |
257. | 09.11.2020 | Cəbrayıl | Hüseynalılar |
258. | 09.11.2020 | Cəbrayıl | Söyüdlü |
259. | 09.11.2020 | Cəbrayıl | Aşağı Sirik |
260. | 09.11.2020 | Cəbrayıl | Qalacıq |
261. | 09.11.2020 | Cəbrayıl | Molla Həsənli |
262. | 09.11.2020 | Cəbrayıl | Əsgərxanlı |
263. | 09.11.2020 | Cəbrayıl | Yuxarı Nüsüs |
264. | 09.11.2020 | Cəbrayıl | Aşıq Məlikli |
265. | 09.11.2020 | Cəbrayıl | Niftalılar |
266. | 09.11.2020 | Cəbrayıl | Qərər |
267. | 09.11.2020 | Qubadlı | Yuxarı Mollu |
268. | 09.11.2020 | Qubadlı | Aşağı Mollu |
269. | 09.11.2020 | Qubadlı | Xocik |
270. | 09.11.2020 | Qubadlı | Qaraimanlı |
271. | 09.11.2020 | Qubadlı | Xəndək |
272. | 09.11.2020 | Qubadlı | Həmzəli |
273. | 09.11.2020 | Qubadlı | Mahruzlu |
274. | 09.11.2020 | Qubadlı | Hal |
275. | 09.11.2020 | Qubadlı | Ballıqaya |
276. | 09.11.2020 | Qubadlı | Ulaşlı |
277. | 09.11.2020 | Qubadlı | Tinli |
278. | 09.11.2020 | Qubadlı | Xocahan |
279. | 09.11.2020 | Qubadlı | Boyunəkər |
280. | 09.11.2020 | Qubadlı | Qaraqoyunlu |
281. | 09.11.2020 | Qubadlı | Çərəli |
282. | 09.11.2020 | Zəngilan | Keçikli |
283. | 09.11.2020 | Zəngilan | Ördəkli |
284. | 09.11.2020 | Zəngilan | Sobu |
285. | 09.11.2020 | Zəngilan | Qaragöz |
286. | 09.11.2020 | Zəngilan | İsgəndərbəyli |
287. | 09.11.2020 | Zəngilan | Bartaz q. |
288. | 09.11.2020 | Zəngilan | Bartaz (2300 m) |
289. | 09.11.2020 | Zəngilan | Sığırt (1370 m) |
290. | 09.11.2020 | Zəngilan | Şükürataz (2000 m) |
291. | 09.11.2020 | Laçın | Güləbird |
292. | 09.11.2020 | Laçın | Səfiyan |
293. | 09.11.2020 | Laçın | Türklər |
294. | 20.11.2020 | Ağdam | Ağdam |
295. | 25.11.2020 | Kəlbəcər | Kəlbəcər |
296. | 01.12.2020 | Laçın | Laçın |