Dünya Bankı Ukraynaya dəstək üçün 11 milyard dollar göndərib.
Bu barədə KİV-ə bankın rəhbəri Devid Malpass bildirib.
“Bizim layihələrimiz və etimad fondlarımız vasitəsilə artıq Kiyevə təxminən 11 milyard dollar ayrılıb”, – bankın başçısı Stenford Universitetində keçirilən konfransda qeyd edib.
O həmçinin vurğulayıb ki, ümumilikdə, Dünya Bankı çoxtərəfli kanallar vasitəsilə Ukraynaya 13 milyard dollara yaxın təcili yardımı “səfərbər edib”.