Ermənistan sərhəddə yenidən təxribat törədib: Ordumuzun hərbi qulluqçusu yaralanıb, erməni tərəfinin rəsmi məlumatına görə, onların 3 hərbçisi məhv edilib.
İstisna deyil ki, Ermənistan mövqelər ələ keçirmək, sərhəddə hərbi balansı müəyyən qədər də olsa, dəyişmək və Qərbin təşkil etməyə çalışdığı danışıqlarda əlini gücləndirmək istəyir. Təxribatın indi – ABŞ və Fransanın sərhəd üzərindən müzakirələr apardığı vaxt baş verməsi də buna hesablanıb.
İrəvan Azərbaycan Ordusunun sərhəddə əvvəlki mövqelərə qaytarılması üçün Qərbdən kömək gözləyir. Bu haqda vədlərin verildiyi ehtimalı var, Makronun açıqlaması da bu yöndə idi. Buna nail olmaq üçün öncə yüksək səviyyədə danışıqların təşkili, danışıqların təşkil edilməsi üçün isə bunun zəruriliyini artıran gərginliyin yaradılması lazımdır.