ABŞ RF Prezidentinə izah edib ki, Ukrayna ərazisinə nüvə zərbəsi endirəcəyi təqdirdə onlar məhvedici zərbə endirəcəklər ki, bu zərbə şəxsən Vladimir Putinə toxunacaq.
Bu barədə rusiyalı publisisit və politoloq Andrey Piontkovski «Freedom»un efirindən bəyan edib («UNİAN»).
«Ona anladıblar ki, nüvə hücumu təqdirində onu sadəcə, öldürəcəklər. Tibbi aspektlərə gəlincə – onlar açıq görünür. Onun silahlı qüvvələrinin Liman ətrafındakı «qazan»da mühasirə olunduğu və Xerson ətrafında təcrid olunduğu gündə Qərbə ünvanlı bu mənasız donquldamalar və lənətlər nə deməkdir? Bu, Ali Baş Komandanın “çox qəribə” davranışından xəbər verir» – ekspert qeyd edib.
Piontkovskinin sözlərinə görə, Putinin psixi xassələri ilə bir çox məqamlar müəyyən olunur. «Bütün bu planlar: səfərbərlik, ilhaq… Onlar hələ ötən həftə Putinin Səmərqəndə səfərinə qədər mövcud deyildilər. Bu, Putinin aşağılanmağa verdiyi ağrılı reaksiyadır ki, onun alnına «luzer» (müharibəni uduzmuş adam – Red.) yazılıb və hətta Tacikistan və Qırğızıstan nümayənədəri də onunla belə davrandılar. Bu, onu dərindən yaralayıb» – politoloq izah edir.
Onun fikrincə, Putinin bütün hərəkətləri – bu, panik qızışdırılmış adamın davranışı və özünəqəsd aksiyasıdır.