Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstiyi ilə BMT-nin Cenevre ofisinde side-event keçirilib
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstiyi ilə Beynəlxalq Dialog və İnkişaf Alyansı BMT-nin Cenevre ofisinde “Cənubi Qafqaz: Mədəni Müxtəliflik və İnsan Haqları” mövzusunda tədbir keçirib.
Tədbiri Beynəlxalq Dialog və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova giriş sözü ilə açaraq bildieib ki, “Qərblə Şərqin qovuşuğunda yerləşən və Türkiyə, İran, Gürcüstan, Rusiya və Ermənistanla həmsərhəd olan Azərbaycan çoxsaylı etnik və dini azlıqları qəbul etmək ənənəsinə görə regional və beynəlxalq əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan müxtəlif mədəniyyətlərə malik insanların sülh şəraitində birgə yaşaması üçün nümunə kimi çıxış edir. İstər məscidlər, istər kilsələr, istərsə də sinaqoqlar olsun, bütün dinlərin tarixi abidələri dövlət tərəfindən qorunur və onların bərpası üçün də vəsait ayrılır. Hazırda Azərbaycanda 2253 məscid, 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir. 993 dini icma dövlət qeydiyyatına alınıb.
Bu gün Azərbaycanda etnik icmalara mənsub onlarla məktəb, mədəniyyət ocaqları, teatrlar, birliklər və cəmiyyətlər fəaliyyət göstərir. Mədəniyyət mərkəzlərinə Polşa mədəniyyət mərkəzi, Alman mədəniyyət cəmiyyəti, Rus İcmasının Slavyan Mədəniyyət Mərkəzi, eləcə də müxtəlif icmaların mədəniyyət mərkəzləri daxildir…”
Konfransda “Cənubi Qafqaz: Mədəni Müxtəliflik və İnsan Haqları” mövzusunda film nümayiş olunub. Tədbirdə iştirakçılara layıhə çərçivəsində hazırlanan buklet təqdim olunub. Həmçinin BMT-nin Cenevre ofisində keçirilən digər side-event işyirakçılarına da bukletlər və filmin diskləri təqdim olunub.
Tədbirdə ABŞ Araşdırma Mərkəzinin rəhbəri, Akademik Tədqiqatçı, Yaxın Şərq Siyasəti üzrə Ekspert FRANK MUSMAR, COJEP International Koordinatoru DUDU KELEŞ, Komoros Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsi SULTAN CHOUZOUR Cənubi Qafqaz regionunda, o cümlədən Azərbaycanda mədəni müxtəliflik, Azərbaycan mədəni irsi, tolerantlığı ilə bağlı məruzə ilə çıxış etmişlər.
Tədbirdə Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin nümayəndəsi Kamran Seyfullayev iştirak edib.