Rusiya Ukraynadakı müharibəni maliyyələşdirmək üçün Afrika ölkələrindən istifadə edir.
Bu barədə ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild bildirib.
Səfir Vaqner Qrupunun Afrika ölkələrindən təbii ehtiyatların qaçaqmalçılığı ilə məşğul olduğunu deyib: “Rusiya Mərkəzi Afrika Respublikası, Mali, Sudan və digər ölkələrin təbii ehtiyatları hesabına Ukraynadakı müharibəsini maliyyələşdirməklə məşğuldur. Afrikadakı insanlar Vaqner Qrupunun istismarçı təcrübələri və insan hüquqlarının pozulmasına görə ağır bədəllər ödəyirlər”.