Şimali İraqın Qara bölgəsində Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) səyləri ilə PKK-nın xüsusilə təhlükəli silahlısı “Kendal Pirsus” kod adlı Ökkeş Deveri zərərsizləşdirilib.
Məlumata görə, O.Deveri tibb fakültəsinin tələbəsi kimi terror təşkilatı sıralarına qoşulub. Daha sonra 2010-cu ildə universiteti tərk edərək Qəndilə köçüb və digər bölgələrdə də terror fəaliyyətlərində iştirak edib.
MİT-in xüsusi əməliyyatı nəticəsində O.Dəvəri “Kemal Pir” kod adlı Kayhan Kartal da daxil olmaqla, digər terrorçularla birlikdə Qara bölgəsində məhv edilib.
Mənbə: “Anadolu”