XƏBƏRLENTİ

xeberlenti.com

Rusiya iqtisadiyyatı tam çökməyə başlayıb – Səfərbərlik buna necə təsir göstərib?

Rusiyalıların müharibəyə səfərbərliyi ölkədəki məşğul insanların axınana səbəb olub. Rusiya iqtisadiyyatı vacib malların idxalının bayanması və böyük müəssisələrin bağlanması səbəbilə ölməyə başlayıb.

UNİAN-ın məlumatına görə, bu barədə «Ecprecco» telekanalının efirindən Strateji Araşdırmalar İnstitutunun baş məsləhətçisi, iqtisad elmləri namizədi İvan Uss danışıb.

“Hazırda Rusiya iqtisadiyyatının reallığı belədir ki, gerçəkdən onların valytasına xüsusi maraq yoxdur. Formal olaraq möhkəmlənib. Amma rubl ona görə möhkəmlənməyib ki, Rusiya iqtisadiyyatı yaxşı işləməyə başlayıb. Sadəcə ona görə ki, iqtisadiyyat üçün vacib olan malların idxalı dayanıb.

Bu da bir tərəfdən, rublu gücləndirib. O biri tərəfdən isə nə zaman ki, sənini üçün vacib olan idxal yoxdursa, sənin istahsalın dayanmağa başlayır. Məhz ona görə də may ayında Rusiyada avtomobil istehsalı 97 faiz azalıb, başqa sözlə, faktiki dayanmışdı. Bu, mütləq baş verməli məntiqi nəticə idi. Sadəcə iqtisadiyyat ölməyə başlayır” – deyə, Uss izah edib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin elan etdiyi səfərbərlik də Rusiya Federasiyasının iqtisadiyyatına neqativ təsir göstərir. Bu, onunla bağlıdır ki, ölkənin bilavasitə ümumi daxili məhsul (ÜDM) yaradan insanları xarici ölkələrə qaçırlar.

“Əmək qabiliyyətli vətəndaşlar, xüsusən, kişilər ölkəni tərk edirlər. Bu, o deməkdir ki, təxminən yarım milyon rusiyalı ölkədən gedib. Bu, Rusiya iqtisadiyyatı üçün daha çətin problemlər yaradacaq” – deyə, ekspert izah edib.

About Author