Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib.
Oktyabrın 12-də Qazaxıstana işgüzar səfərə gələn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Astanada Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şəriflə görüşü olub.
Dövlətimizin başçısı ilə Səmərqənddəki görüşünü məmnunluqla xatırlayan Baş nazir Şahbaz Şərif Prezident İlham Əliyevi Pakistana səfərə dəvət edib.
Azərbaycan Prezidenti Pakistana səfər etmək niyyətində olduğunu bildirdi və öz növbəsində Baş nazir Şahbaz Şərifi ölkəmizə səfərə dəvət edib.
Pakistanın Baş naziri Azərbaycana məmnuniyyətlə səfər etmək niyyətində olduğunu deyib.