XƏBƏRLENTİ

xeberlenti.com

MAKRONUN YARAMAZ “FRANSIZLIĞI”… – Fransa Prezidenti ölkəsinin vasitəçilyə layiq olmadığını etiraf etdi

Makronun bu açıqlamalarının əsl adı “beynəlxalq səviyyəli siyasi fahişəlik”dir

Son 30 ildə Azərbaycan beynəlxalq müstəvidə çox haqsızlıqlara, ədalətsizliklərə, biganəliklərə, ikiüzlülüklərə səbrlə dözüb ki, onlardan biri də Fransanın Minsk Qrupundakı həmsədrliyi, “vasitəçiliyi” olub…

Məlum olduğu kimi, Fransa Prezidenti Emmanuel Makron son zamanlar Azərbaycanla Ermənistan arasındakı danışıqlarda, “Brüssel prosesi”ndə, sülh müqaviləsinin hazırlanmasında və s. özünü əsas vasitəçilərdən, söz sahiblərindən biri kimi göstərməyə çalışır və bu istiqamətdə xeyli fəallıq göstərir. Lakin belə görünür ki, bu zaman onun ağlının, təcrübəsinin, diplomatiya savadının səviyyəsi imkan vermir ki, heç olmasa, zahirən də olsa vasitəçi statusuna uyğun bitərəflik, neytrallıq nümayiş etdirsin.

Əksinə, bu “orta cinsin nümayəndəsi” hər addımda Azərbaycanın ünvanına absurd, reallıqdan uzaq, beynəlxalq hüquqa zidd ittihamlar səsləndirərək, Ermənistana açıq dəstək mesajları verir.

“Reuters” agentliyinin yaydığı məlumata görə, Makron “France 2” telekanalına müsahibəsində bir qədər də irəli gedərək, Azərbaycanı “sərhəd boyu hücuma keçməkdə” qınayıb və əlavə edib“Ermənistan bizim unikal əlaqələrimiz olan ölkədir. Azərbaycan sərhəd boyu bir neçə hücum həyata keçirib. Biz bunu pisləmişik. Biz Ermənistanı (yalnız) buraxmayacağıq…” 

 

 

Makron daha sonra iddia edib ki, guya “Rusiya son iki ildə Azərbaycanın əlinə oynayıb və bir zamanlar yaxın olduğu Ermənistanı zəiflətməyə çalışıb”. Yəni, az qala Rusiya Azərbaycanla birləşərək, “yazıq” Ermənistanı zəiflətməyə(?) çalışır. Hansı ki, zatən müharibədə acı məğlubiyyətə uğramış, çökmüş və kapitulyasiya etmiş Ermənistanın zəifləyəcək yeri belə qalmayıb və Azərbaycan istəsə, heç kimin yardımı, köməyi olmadan da Ermənistanın işini bir neçə gündə tam bitirə bilər.

Makron onu da bilməmiş deyil ki, 44 günlük müharibənin sonunda təəssüf ki, Ermənistanı Azərbaycanın əlindən alan, onun canını qurtaran da məhz Rusiya oldu. Bu gün ermənilərə “canı yanan” Fransa isə həmin vaxt heç bu ərazilərə yaxın düşə bilməzdi…

Digər yandan, Fransa Prezidentindən soruşan lazımdır ki, 30 il Rusiya Ermənistanı silah-sursatla dolduranda, Qarabağdakı separatçıları bəsləyəndə, Azərbaycan torpaqlarının işğalına, qətliamlara hər cür yardım edəndə, Ermənistan məhz Rusiyanın xeyir-duası ilə kəndlərimizi, şəhərlərimizi viran qoyub, talan edəndə harda idiniz? Hardaydı sizin vasitəçiliyiniz? Niyə o zaman Rusiyanı savaşı qızışdırmaqda, tərəfkeşlik etməkdə, eləcə də Azərbaycanın beynəlxalq hüquqla tanınmış suveren ərazilərinin işğalında Ermənistana kömək etdiyi üçün qınamırdı?

İndi isə bu “vasitəçi”, Rusiyanı guya Azərbaycana öz torpaqlarını azad etməsinə göz yumduğu üçün qınamağa başlayıb. O Rusiyanı ki, digər beynəlxalq platformalarda üstüörtülü, yaxud açıq şəkildə dəstəkləyir. Hətta, Ukraynada müharibə başlayandan ötən 8 ayda Avropa Birliyində Ukraynaya ən çox xəyanət edən və Putinin qarşısında ən çox quyruq bulayan məhz Makron və Fransadır...

“İki il əvvəl beynəlxalq səviyyədə tanınmayan və mübahisəli ərazi olan dağlıq Qarabağda müharibə gedirdi, amma Ermənistan Qarabağda idi, çünki Qarabağ bu ölkənin ürəyindədir(?). Azərbaycan çoxsaylı itki və şiddətli səhnələrlə dəhşətli müharibəyə başladı və bu ərazini işğal etdi”.

Bunu da Makron deyib. Yəni, belə çıxır ki, Azərbaycan öz ərazisini işğal edib(?). Təsəvvür edin, bunu BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan, Azərbaycanın ərzi bütövlüyünü tanıyan, eyni zamanda da 30 ildir Qarabağ münaqişəsinin həllində VASİTƏÇİ(?) rolunda çıxış edən dövlətin başçısı deyir. Hansı ki, hətta uzun illərdir Ermənistanı bəsləyən və Azərbaycanın üstünə qısqırdan Rusiyada ən radikal ermənipərəstlər belə bu cür açıqlamalar verməkdən çəkinirlər.

 

 

Kimlərsə Makronun bu açıqlamalarını siyasi və diplomatik naşılıq, savadsızlıq, təcrübəsizlik, hətta qanmazlıq qoya bilər, ancaq bunun əsl adı “beynəlxalq səviyyəli siyasi fahişəlik”dir. Bəli, məhz bu ad ümumilikdə Fransa mentalitetinə, siyasi elitasına yaraşan addır.

Yeri gəlmişkən, xatırladaq ki, İkinci Dünya Müharibəsi dövründə işğal altında olan dövlətlərdən Fransa yeganə ölkə idi ki, içğalçı alman əsgərləri üçün bardellər açmışdı və fransız qızları gecə-gündüz onların qulluğunda idilər. Əsl fransızlıq yəqin ki, elə budur. Belə görünür ki, həmin vaxtdan keçən dövr ərzində Fransa siyasətində mentalitet, mənəviyyat, əxlaq baxımından heç nə dəyişməyib…

Maraqlıdır ki, elə həmin açıqlamasında Makron yenə özünü guya vasitəçi və “Brüssel prosesi”nin əsas təşkilatçısı, icraçısı kimi sırımağa çalışır və eyni zamanda nə qədər paradoksal olsa da, daha əvvəl az qala düşmən kimi təqdim etdiyi Türkiyənin əhəmiyyətini vurğulayır və bildirir ki, guya məhz Fransa Prezidentinin səyləri sayəsində ilk dəfə Ermənistan başçısı ilə Türkiyə Prezidentinin görüşü mümkün olub: “Yeri gəlmişkən bu, ən yeni tarixdə ilk dəfə Ermənistan Baş nazirinin Türkiyə Prezidenti ilə görüşünə imkan verib”.

Bu, bir atalar sözündə olduğu kimi, kiminsə üstünə hürən itin digər yandan da qorxudan quyruğunu bulamasına bənzəyir…

Bir sözlə, əsl “iti qovan kimi” qovulmalı olanlar təkcə Qarabağdakı separatçılar, ərazimizdə görmək istəmədiyimiz, suverenliyimizə təhlükə yaradan işğalçı xarici qoşunlar yox, həm də masada Qarabağa, Azərbaycana burnunu soxmağa çalışan Makron kimilərdir. Belələrinin Azərbaycanın olduğu danışıqlar masasında yeri olmamalıdır…

Elxan Məmmədov

About Author