Zəngəzurun tarixi Azərbaycan torpağı olması haqda kifayət qədər sübutlar mövcuddur. Ortada arxiv materialları və rəsmi sənədlərin olmasına baxmayaraq, saxtakarlığa əl atan ermənilər illərdir ki, bu bölgənin onlara məxsusluğu barədə yalan iddialar ortaya atır, mənfur planlarını dünyaya yaymaq üçün təbliğat aparırlar.
Erməni saxtakarlığının ən pik məqamlarından biri Zəngəzur adının danılması, bu ərazinin erməniləşdirilməsidir. Fitnəkar qonşularımız Azərbaycanın bu bölgəsini qondarma Sünik adı ilə təqdim edərək, həyasızcasına guya heç vaxt Zəngəzur adlı ərazinin olmadığını dünyaya car çəkirlər. Real dəlillər isə erməniləri tamamilə ifşa edir.
Kiçik bir araşdırma zamanı məlum olur ki, ermənilər vaxtilə özləri də indi Sünik dediləri bölgəni Zəngəzur adlandırıblar. Bu, onların tarixi sənədlərində qeyd olunduğu kimi, dırnaqarası mədəniyyətində də öz əksini tapıb.
Belə ki, erməni bəstəkar Aram Xaçaturyanın hələ 1938-ci ildə bəstələdiyi “Zəngəzur marşı” əsəri Ermənistanda kifayət qədər məşhurdur. 84 il öncə belə bir marşın bəstələnməsi ermənilərin Zəngəzurla bağlı yalanlarını ifşa edərək, Sünik adlı ərazi vahidinin olmadığını təsdiqləyir.
Zəngəzur nə erməni torpağıdır, nə də erməni adı…
Xeberlenti.com xəbər verir ki, bununla əlaqədar Modern.az-adanışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev ermənilərin tarixlərinin, siyasətlərinin saxta olduğunu qeyd edib. “Zəngəzuru tanıyaq, tanıdaq” adlı silsilə araşdırmaların müəllifi olan Musa Quliyev ermənilərin iddialarını faktlarla yalanlayıb:
“Saxtakarlıq ermənilərin mahiyyətində, qanındadır. Biz ermənilərin saxta olduğunu bütün dünyaya sübut etmək üçün addımlar atırıq. Amma dünya da gərək bunu dərk etsin. Digər tərəfdən ermənilərin Zəngəzur adından imtina etməsi gözlənilən idi. Çünki Zəngəzur erməni torpağı deyil, erməni sözü də deyil. Onlar qondarma faktlar, guya eradan öncə baş verən hadisələr, tarixlər uydururlar. Qarabağın və Şərqi Zəngəzurun da rayonlarının adlarını, bölgələrin isimlərini dəyişmişdilər. Amma onların qoyduğu adları heç kim tanımadı.
Ermənistan Sovet dönəmindəki 23 rayon bölümünü ləğv edib, öz dilində mərzlər yaratdı. Əslində “mərz” sözü də erməni deyil, fars mənşəli sözdür. Zəngəzurun rayonlarına guya qədim erməni çarlığının dövrünə aid olan adlar qoydular. Həmin qondarma adlar erməni mənbələrindən başqa heç yerdə yoxdur.
Ermənilər vaxtilə, Sovet dönəmində Zəngəzurla bağlı film çəkib, marş da yazıblar. Zəngəzur adını tanıyırdılar. Müstəqillik əldə edəndən sonra guya qədim köklərinə qayıdırlar və saxta adları yenidən reallaşdırmağa başlayıblar. Ona qalsa, indiki Ermənistan Qərbi Azərbaycanın bütün torpaqlarında yerləşib. Oradakı 2300-dən çox yaşayış məntəqəsinin hamısının adları dəyişdiriləsidir. Onların təxminən 2100-nün özlərinə aid olmadığını təsdiqləyiblər. Erməni tarixçisi Zaven Qorqodyan “Sovet Ermənistanı son 100 ildə, 1831-1931” adlı kitabında belə qeyd edib. Orada göstərirdi ki, Ermənistandakı toponimlərin cəmi 300-ə qədəri ermənilərə məxsusdur. İndi adları dəyişdirirlər, guya siyasət aparırlar. Zəngəzura Sünik deməklə heç nə dəyişməyəcək. Bizim məqsədimiz Zəngəzura dönməkdir. Şərqi Zəngəzura artıq qayıtmışıq, Qərbi Zəngəzura da dönəcəyik. Zəngəzur dəhlizini də açacaq, gediş-gəlişi bərpa edəcəyik. Ermənilərin nə yazdığının, nə dediyinin heç bir əhəmiyyəti yoxdur”.
Tanınmış bəstəkar, Əməkdar İncəsənət xadimi Cavanşir Quliyev isə həmin “Zəngəzur marşı”nı ermənilərə xatırlatmağın tərəfdarıdır:
“Mən Zəngəzur marşını eşitmişəm, amma notalarını görməmişəm. Əgər doğrudan da yazılanda adı Zəngəzur qoyulubsa, əvvəl əsərin özünü tapmaq lazımdır. Kitabxanalarda, arxivlərdə, hətta internetdə axtarmaq olar. Marşın musiqisinin elə də önəmi yoxdur. Əsas siyasi əhəmiyyət daşıyan məqam əsərin adıdır. Bunun üçün kompüterlə köçürülmüş notalar deyil, həmin dövrdə çap olunmuş notaların fotokopyası lazımdır.
Aram Xaçaturyan erməni olmasına baxmayaraq, heç vaxt Ermənistanda olmayıb, Tiflisdə yaşayıb, orada böyüyüb, sonradan Rusiyaya köçüb. Onun yalnız adına, soyadına görə erməni demək olar. Əslində erməni mənşəli Sovet bəstəkarıdır. Ermənilərin Zəngəzurdan danışdığı, yalan iddialar səsləndirdiyi məqamlarda əlimizdəki faktları onların üzünə vurmaq lazımdır.
Həmçinin, qeyd etmək istəyirəm ki, Zəngəzurun adına nə deyirlər, desinlər. Əsas odur ki, ora Azərbaycan torpağıdır. Zəngəzurun ermənilərə verilməsi ilə bağlı konkret sənədlər, faktlar var”.