XƏBƏRLENTİ

xeberlenti.com

Rusiya Krım körpüsünü bir ildən sonra bərpa etməyi düşünür

Rusiya hakimiyyəti Krım körpüsünü 1 iyun 2023-cü ilə qədər bərpa etməyi planlayır.

Bu barədə Rusiyanın «Meduza» nəşri hökumətin sərəncamına istinadla yazır («UNİAN»).

Bərpa işi ilə «Nijneanqarsktransstroy» məşğul olacaq.

Bundan əvvəl Kremlin təbliğatçıları Krımın işğal hakimiyyətinin ardınca hərəkətin körpü üzrə bərpa olunduğunu bəyan etmişdilər.

Bununla bərabər, peyklər dəniz üzərindən yarımadanı tərk etməyə cəhd göstərən furaların böyük növbəsini qeydə alıblar.

About Author