XƏBƏRLENTİ

xeberlenti.com

“Ermənistan UNESCO missiyasının bölgəyə səfərinin qarşısını alır” – Azərbaycan XİN

“Ermənistan tərəfindən 30 illik işğal dövründə UNESCO missiyasının bölgəyə səfərinin qarşısının alınması, Azərbaycan ərazilərini azad etdikdən sonra missiyanı bölgəyə dəvət etsə də yenidən Ermənistanın destruktiv mövqeyinə görə UNESCO missiyasının səfərinin hələ də baş tutmaması dərin təəssüf doğurur”.

Bu barədə Azərbaycan XİN-dən bildirilib.

Qeyd olunub ki, ermənilərin azərbaycanlılara məxsus qəbirlərə qarşı etdikləri vandallıq aktları ilə bağlı yayaılna son video görüntülər Ermənistanın nədən beynəlxalq missiyanın bölgəyə səfərində maraqlı olmadığını aydın şəkildə göstərir: “Radikal ermənilər tərəfindən törədilən bu vandallıq əməlləri kövrək post-münaqişə mərhələsində iki dövlət arasında normallaşma prosesinə zərbədir”.

About Author