Ukrayna Ali Radası Çeçenistan-İçkeriya Respublikasını Rusiya Federasiyası tərəfindən müvəqqəti işğal olunmuş kimi tanıyıb və çeçen xalqının soyqırımını pisləyib.
287 xalq deputatı “Ukrayna Ali Radasının Çeçenistan-İçkeriya Respublikasının Rusiya Federasiyası tərəfindən müvəqqəti işğal olunmuş kimi tanınması və çeçen xalqının soyqırımının pislənməsi haqqında bəyanatı haqqında” qərarın lehinə səs verib.
Bəyanatda bildirilir ki, Ali Rada Rusiya Federasiyasının Çeçenistan-İçkeriya Respublikasına qarşı Birinci (1994-1996) və İkinci (1999-2009) müharibələri zamanı törətdiyi beynəlxalq cinayətləri, çeçen xalqına qarşı soyqırımı siyasətin pisləyir.