XƏBƏRLENTİ

xeberlenti.com

Çinin sabiq rəhbəri Kommunist Partiyasının qurultayından zorla çıxarılıb – VİDEO

Çin Xalq Respublikasının (ÇXR) sabiq rəhbəri Xu Szintao Kommunist Partiyasının qurultayından zorla çıxarılıb.

Bunu özündə əks etdirən videogörüntülər yayılıb.

Belə ki, videoda da göründüyü kimi, Xu Szintao oturduğu yeri tərk etmək istəmir.

Kommunist Partiyasının XX qurultayının axırıncı günü, iclas zamanı 2 nəfər yaxınlaşaraq, Çinin Xalq Respublikasının hazırkı rəhbəri Si Cinpinin yanında əyləşən 79 yaşlı siyasətçini zaldan çıxarır.

Xatırladaq ki, bu gün Pekində ÇXR Kommunist Partiyasının XX qurultayı başa çatıb. Qurultayın nəticəsi olaraq partiyanın daimi komitəsinin 4 üzvü yeni çağırışda partiyanın Mərkəzi Komitəsinin sıralarına qəbul edilməyib. Onların sırasında Hökumət Şurasının rəhbəri Li Ketsyan da var. Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi Si Cinpin isə hazırkı vəzifəsinə 3-cü müddətə yenidən seçiləcək. Bununla da onun gələn il ÇXR rəhbəri vəzifəsinə yenidən seçilməsi üçün yol açılacaq.

About Author