İsrail Ukraynaya İranın Rusiyaya verdiyi pilotsuz uçuş aparatları ilə mübarizə aparmaq üçün lazım olan kəşfiyyat məlumatlarını verib.
Bu barədə “The New York Times” adı açıqlanmayan ukraynalı rəsmiyə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Yerusəlim Kiyevə İran istehsallı PUA-larla mübarizədə faydalı olan kəşfiyyat məlumatları ötürüb.
“The Wall Street Journal”nəşri də bildirib ki, İsrail Ukrayna rəhbərliyini Rusiyanın İran istehsalı olan pilotsuz uçan aparatlarından istifadə etməsinin qarşısını almaq üçün lazımi hərbi kəşfiyyat və analitik məlumatlarla təmin edib.
Qeyd edək ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ölkəsinin hava hücumundan müdafiə sistemləri ilə təmin edilməsi üçün İsrail hökumətinə rəsmi müraciət göndərəcəyini açıqlamışdı.
Lakin, İsrailin müdafiə naziri Benni Qantz bildirib ki, yəhudi dövləti NATO ölkələri ilə birlikdə Ukraynanı dəstəkləyir, lakin “operativ səbəblərdən” hələ də Kiyevi silahla təmin etmək niyyətində deyil.