London Kiyevə eyni səviyyədə dəstək verməyə davam edəcək.
Bu barədə Böyük Britaniyanın yeni baş naziri Rişi Sunakla Ukrayna Prezidenti Volodimir Zelenski arasında baş tutan telefon danışığında bildirilib.
Yeni Baş nazir bildriib ki, Ukrayna Böyük Britaniya hökumətinin davamlı həmrəyliyinə arxalana bilər.
Tərəflər Rusiyaya qarşı sanksiyaların davam etdirilməsini vurğulayıb.
Sunak Zelenski ilə tezliklə görüşə ümid etdiyini bildirib.
O, həmçinin “nüvə obyektlərinin təhlükəsizliyini və hər hansı dezinformasiyanın yayılmasında şəffaflığı təmin etmək üçün MAQATE-nin Ukraynada gördüyü işin mühüm rolunu vurğulayıb.