XƏBƏRLENTİ

xeberlenti.com

Prezidentin keçmiş mətbuat katibi vəfat etdi

Azərbaycan Prezidentinin uzun illər mətbuat katibi vəzifəsini icra etmiş Səlahəddin Quliyev uzun sürən xəstəlikdən vəfat edib.

O, 1994-2004-cü illərdə Azərbaycan Prezidentinin mətbuat katibi və mətbuat katibinin müavini vəzifəsində işləyib.

Səlahəddin Quliyev 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin hakimiyyətə qayıdışı üçün müraciətə imza atan məşhur 91-lərdəndir.

O, 26 mart 2004-cü il tarixində Azərbaycan Prezidentinin mətbuat katibinin müavini vəzifəsindən azad edilmişdi.

Allah rəhmət eləsin.

About Author