Ukrayna, Türkiyə və BMT “Qara dəniz Təşəbbüsü” çərçivəsində oktyabrın 31-də Qara dənizdə 14 gəminin hərəkəti ilə bağlı razılığa gəliblər.
Rusiya KİV-ləri xəbər verir ki, bunu Birgə Koordinasiya Mərkəzi (BKM) açıqlayıb.
Mərkəzin Rusiyaya bu barədə məlumat verdiyi bildirilib.
BKM həmçinin qeyd edib ki, bazar günü taxıl sazişi çərçivəsində 6 gəmi Ukrayna limanlarını tərk edib, lakin onlar hələ də humanitar dəhlizə daxil olmayıblar.