XƏBƏRLENTİ

xeberlenti.com

Təbrizdə azərbaycanlı fəallar həbs ediliblər – FOTO

İranın Təbriz şəhərində azərbaycanlı fəallar həbs ediliblər.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Qeyd edilir ki, Rəhman Azərirad İranın Təhlükəsizlik (ETTELAAT) Nazirliyi tərəfindən həbs olunub.

Milli fəalın həbs səbəbi və hara aparıldığı barədə heç bir məlumat yoxdur.

Əslən Muğan bölgəsindən olan və Təbrizdə yaşayan 24 yaşlı gənc fəal Səkinə Piran sentyabrın 29-da işə gedərkən təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Azərbaycanlı gənc fəal Səkinə Pirana işgəncə verilib.

ETTELAAT İdarəsinin təcridxanasında yeddi gün dindirilən fəal döyülüb və məcburi etiraf üçün ona işgəncə verilib.

Ailəsinin verdiyi məlumata görə, yeddi günlük dindirmədən sonra Təbriz zindanına köçürülən fəalın səhhəti ağırdır və müalicəsinə icazə verilmir.

Təbrizdə milli fəal Məhəmməd Cavidi həbs edilib. O, təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Güneyli fəalların verdiyi məlumata görə, Təbrizdə yaşayan milli-mədəni fəal Məhəmməd Cavidi də ETTELAAT qüvvələri tərəfindən həbs edilib.

Onun həbsinin səbəbi və hara aparıldığı barədə məlumat əldə etmək mümkün olmayıb.

 

About Author