İranın Səudiyyə Ərəbistanına hücuma hazırlaşdığına dair son xəbərlərdən sonra ABŞ İrana döyüş təyyarələri göndərib.
APA-nın məlumatına görə, bu barədə “The Washington Post“ məlumat yayıb.
Nəşr qeyd edir ki, kəşfiyyat məlumatlarına görə, ABŞ Mərkəzi Komandanlığına İranın ballistik raketləri və PUA-larının Səudiyyə Ərəbistanındakı hədəflərə gözlənilməz hücumları barədə xəbərdarlıq edildikdə, ABŞ-ın hərbi hava qüvvələrini artırmaq üçün İran körfəzində yerləşən təyyarələrin İrana doğru buraxılmasına qərar verilib.
Qəzetin yazdığına görə, təyyarələrin göndərilməsi ABŞ və Səudiyyə Ərəbistanı arasındakı tərəfdaşlığın gücü və əhəmiyyətinin göstəricisi olub.