Böyük Britaniyanı təmsil edən Azərbaycan əsilli idman gimnast Cesika Qədirova İngiltərənin Liverpul şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Döşəmə üzərində sərbəst hərəkətlərə görə hakimlərdən 14,200 xal alan 18 yaşlı idmançı fəxri kürsünün 1-ci pilləsinə qalxıb.
Cesikanın əkiz bacısı Cenifer Qədirova 13.166 nəticə ilə yeddinci olub.
“Çoxnövçülükdə finaldan sonra bir az ağrı ilə mübarizə apardım. Mən sadəcə irəli getməyə çalışırdım və çox şadam ki, buna dəydi. Mübarizəni davam etdirdiyim üçün özümlə fəxr edirəm. Mən öz fərdi performansıma diqqət yetirməyə çalışdım və başqasının xalına diqqət etmirdim. Bunu sadəcə ürəyimlə etmişəm” – Cesika Qədirova bildirib.
Qeyd edək ki, Cesika Qədirova qələbəsi ilə komandasına Paris 2024-ə vəsiqə qazanmağa kömək edib.