Ukraynanın Nikolayevsk vilayəti Rusiya hərbçilərindən azad edilib.
Bu barədə UNİAN xəbər verir.
Bununla belə, Nikolayevsk vilayət hərbi administrasiyasının rəhbəri Vitali Kim bildirib ki, Kinburn qəsəbəsi hələ də işğal altındadır.
“İndi bu rəsmidir: bütün Nikolayevsk vilayəti (Kinburn istisna olmaqla) azad edilib”, – o deyib.
Kimin sözlərinə görə, Dneprdən Nikolayevski içməli su ilə təmin edən boru kəməri Ukraynanın nəzarəti altındadır, lakin hələ minalardan təmizlənməyib.
“Mən Nikoda içməli suyun potensial bərpasının vaxtını tezliklə biləcəm”, – vilayət hərbi administrasiyanın rəhbəri əlavə edib.