Filippini vuran “Nalci” tropik qasırğasından 5,56 milyondan çox insan zərər çəkib.
Fəlakət riskinin azaldılması və onların idarə edilməsi üzrə Milli Şuranın dərc olunmuş hesabatına əsasən, təbii fəlakət nəticəsində 160 nəfər ölüb.
Qurumun məlumatına görə, 128 evakuasiya mərkəzində 356,2 min köçkün var. 356,1 mindən çox insan evlərini əvvəlcədən tərk edib. Azı 146 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 29 nəfər itkin düşüb. Ölkənin 13 regionunda daşqınlar və sürüşmələr də daxil olmaqla təbii fəlakətlər nəticəsində 1,6 min insident qeydə alınıb.
Qasırğa 57,05 min evə ziyan vurub, 6,14 mindən çox evi məhv edib.