Rus qoşunları Dnepr və Xersonun sağ sahilindən qaçdıqdan sonra təchizatda çox böyük problemlərlə üzləşiblər, bu da tezliklə onların müdafiə sisteminin tamamilə dağılmasına səbəb ola bilər.
Bunu ukraynalı hərbi-siyasi ekspert Aleksandr Kovalenko deyib.
“Ruslar sağ sahildən qaçaraq orada böyük miqdarda texnika qoyublar. Onları daşımağa, sol sahilə evakuasiya etməyə sadəcə vaxtları olmayıb”, – o bildirib.
Onun sözlərinə görə, hazırda Rusiya Ukraynanın cənubundakı bölmələrini Krım körpüsü üzərindən cəmi bir dəmir yolu xətti ilə silahla təmin edir:
“Nəticədə, qabaqcıl bölmələr üçün dəstək sisteminin deqradasiyası indi sol sahildə görünməyə başlayır. Ukrayna Silahlı Qüvvələri cənubda, hətta müvəqqəti işğal olunmuş Krımın şimal-qərbində yerləşən rus mövqelərini də atəşə tutmağa başlayır”.