XƏBƏRLENTİ

xeberlenti.com

ABŞ və Rusiya rəsmilərinin gizli görüşü barədə ilk AÇIQLAMA

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi Bill Burns və Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Ankara şəhərində bir araya gəliblər.

Görüş Türkiyə Milli Təhlükəsizlik Təşkilatının (MİT) ev sahibliyi ilə həyata keçirilib.

Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi ölkəsinin Rusiya ilə nüvə riski və strateji təhlükəsizlik məsələlərində müzakirələrə açıq olduğunu bildirib.

ABŞ təmsilçisi görüşdə Ukraynaya aid məsələlərin müzakirəsinin bu ölkənin iştirakı olmadan aparmağın mümkün olmadığını qeyd edib.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun görüşün baş tutduğunu təsdiqləyib. Bildirib ki, bu, Türkiyənin, Prezident Rəcəb Tayyib Ərdoğan qlobal sülhə verdikləri töhfələrdən biridir. Onun sözlərinə görə, bütün bu səylər Türkiyənin sülh naminə vasitəçilik missiyasının tərkib hissədir.

About Author