Türkiyənin Kocaeli şəhərində Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adını daşıyan parkın açılışı olub.
Bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “Facebook” səhifəsində paylaşım edib.
“İctimai-Siyasi Proseslərin Beynəlxalq Araşdırmalar Mərkəzi, İzmit Bələdiyyəsi və Heydər Əliyev adına Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə şəhid Milli Qəhrəman general-mayor Polad Həşimovun adını daşıyan parkın açılış olub”, – deyə paylaşımda qeyd olunub.
Səfirliyin nəzdində fəaliyyət göstərən hərbi attaşelərin nümayəndəlikləri də parkın açılışında iştirak edib