Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Millli ilə telefon danışığı aparıb.
Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Zalujnı amerikalı həmkarına əməliyyat vəziyyəti və Müdafiə Qüvvələrinin prioritet ehtiyacları barədə məlumat verib.
Ukraynalı generalı bildirib ki Ukrayna ordusu heç bir danışıqları, razılaşmaları və ya kompromis həll yollarını qəbul etməyəcək.
“Məqsədimiz bütün Ukrayna torpaqlarını Rusiya işğalından azad etməkdir. Biz heç bir şəraitdə bu yolda dayanmayacağıq. Ukrayna hərbçiləri heç bir danışıqları, razılaşmaları və ya kompromis həll yollarını qəbul etməyəcəklər. Danışıqların bir şərti var: “Rusiya işğal etdiyi bütün əraziləri tərk etməlidir”.
Akif İsmayılov