XƏBƏRLENTİ

xeberlenti.com

Ukraynanın azərbaycanlı Xalq rəssamı barədə film çəkilib – FOTOLAR

Noyabrın 16-da Xarkov şəhərində təşkil olunan tədbirdə Ukraynanın Xalq rəssamı Seyfəddin Qurbanovun xatirəsi yad edilib.

“AzPolitika.info” xəbər verir ki, Xarkov vilayətindəki “Dostluq” cəmiyyətinin və yerli ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə ötən il 59 yaşında dünyasını dəyişmiş görkəmli rəssamın Xarkov şəhərini və Ukraynanın digər şəhərlərini bəzəyən möhtəşəm sənət əsərlərindən söz açılıb.

Məlum olub ki, BMT-nin xüsusi mükafatını almış ukraynalı jurnalist Tatyana Babina azərbaycanlı rəssam barədə film çəkib. Həmin film tədbir iştirakçılarına nümayiş etdirilib.

Tədbirdə digər həmyerlimiz, Ukraynanın xalq rəssamı Katib Məmmədov və “Dostluq” cəmiyyətinin sədri Murad Ömərov çıxış edərək, Seyfəddin Qurbanovun yaradıcılığından, həmçinin onun Azərbaycanla Ukrayna arasında dostluq münasibətlərinin formalaşmasında oynadığı roldan danışıblar.

Tədbirin sonunda eləcə də Ukraynanın ərazi bütövlüyü uğrunda müharibədə həlak olan azərbaycanlı və ukraynalı döyüşçülərin xatirəsi yad edilib.

About Author