XƏBƏRLENTİ

xeberlenti.com

Milli Məclisdə təmsil olunan siyasi partiyalara dövlət maliyyə yardımının ayrılması qaydası dəyişir

Milli Məclisdə təmsil olunan siyasi partiyalara dövlət maliyyə yardımının ayrılması qaydası dəyişir.

Bu, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin yeni redaksiyasında əksini tapıb.

Layihəyə əsasən, yeni çağırış Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərdə iştirak edərək etibarlı səslər qazanmış siyasi partiyalara qazanılmış etibarlı səslərin sayı barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının məlumatı əsasında Azərbaycan Respublikasının Milli Məclisi səlahiyyətli tərkibdə formalaşdırıldığı gündən etibarən ayrılır və siyasi partiyalar arasında aşağıdakı qaydada bölünərək bu qanunun 25.7-ci maddəsinə uyğun olaraq rüblər üzrə onların bank hesabına köçürülür:

1. vəsaitin 40 faizi Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalar arasında bərabər bölünür;

2. vəsaitin 50 faizi Azərbaycan Respublikası Milli Məclisinin say tərkibinə bölünür və bunun nəticəsində alınan məbləğ Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalardan seçilmiş deputatların sayına vurulmaqla müəyyən edilmiş məbləğ həmin siyasi partiyalara ayrılır. Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş təkrar və əlavə seçkilər nəticəsində, həmçinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar, habelə digər səbəblərdən Azərbaycan Respublikasının Milli Məclisində siyasi partiyaları təmsil edən deputatların sayı artdıqda və ya azaldıqda bu vəsaitin həmin siyasi partiyalara ayrılması zamanı da bu maddənin birinci cümləsində nəzərdə tutulmuş qayda tətbiq olunur. Bu maddənin birinci cümləsində siyasi partiyalar üçün nəzərdə tutulmuş vəsaitin müvafiq rüb üzrə istifadə olunmamış hissəsi həmin rübün sonunda Azərbaycan Respublikasının Milli Məclisində siyasi partiyaları təmsil edən deputatların sayına uyğun olaraq proporsional qaydada siyasi partiyalara ayrılır;

3. vəsaitin 5 faizi Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş təkrar və əlavə seçkilər nəticəsində, həmçinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan yeni siyasi partiyalara bu qanunun 25.2.1-ci maddəsinə əsasən aparılmış bölgü nəticəsində hər bir siyasi partiyanın müvafiq rüb üzrə payına düşən həcmdə ayrılır;

4. vəsaitin 2,5 faizi irəli sürdüyü namizədlər Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərdə etibarlı səslər qazanmış, lakin Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmayan siyasi partiyalar arasında bərabər bölünür;

5. vəsaitin 2,5 faizi bu qanunun 25.2.4-cü maddəsində nəzərdə tutulmuş siyasi partiyalar arasında qazanılmış səslərin sayına uyğun olaraq proporsional qaydada bölünür.

Bu qanunun 25.2.4-cü və 25.2.5-ci maddələrinə uyğun olaraq siyasi partiyaya ayrılan illik dövlət maliyyə yardımının yuxarı həddi həmin partiyanın bu qanunun 27-ci maddəsinə əsasən təqdim etdiyi maliyyə hesabatında göstərilən illik daxilolmalarının (dövlət maliyyə yardımı çərçivəsində ayrılmış vəsait nəzərə alınmadan) iki mislindən çox ola bilməz.

Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş təkrar və əlavə seçkilər nəticəsində Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan yeni siyasi partiyalara bu qanunun 25.2.3-cü maddəsinə uyğun olaraq ayrılacaq vəsait həmin seçkilərin yekunları Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edildiyi tarixdən sonrakı rübdən hesablanır.

Fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan yeni siyasi partiyalara deputatların sayına görə ayrılacaq vəsait həmin deputatların:

Ad – 00:19

1. dövlət qeydiyyatından keçmiş siyasi partiyanın üzvü kimi qeydə alındığı tarixdən sonrakı rübdən və ya;

2. üzv olduğu siyasi partiyanın dövlət qeydiyyatına alındığı tarixdən sonrakı rübdən hesablanır.

İl ərzində bu qanunun 25.2.3-cü maddəsinin tətbiqi zamanı vəsait çatışmazlığı yarandıqda həmin çatışmazlıq bu qanunun 25.1-ci maddəsinə uyğun olaraq dövlət büdcəsindən siyasi partiyalara ayrılmış vəsaitin istifadə edilməmiş hissəsi hesabına, istifadə olunmamış hissə mövcud olmadıqda və ya kifayət etmədikdə isə dövlət büdcəsinin ehtiyat mənbələrindən əlavə maliyyə yardımının ayrılması hesabına aradan qaldırılır.

Xatırladaq ki, qanun layihəsinin ilkin variantında qeyd edilmişdi ki, yeni çağırış Milli Məclisə keçirilmiş seçkilərdə iştirak edərək etibarlı səslər qazanmış siyasi partiyalara qazanılmış etibarlı səslərin sayı barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının məlumatı əsasında Azərbaycan Respublikasının Milli Məclisi səlahiyyətli tərkibdə formalaşdırıldığı gündən etibarən ayrılır və siyasi partiyalar arasında aşağıdakı qaydada bölünərək bu qanunun 25.6-cı maddəsinə uyğun olaraq rüblər üzrə onların bank hesabına köçürülür:

Vəsaitin 5 faizi irəli sürdüyü namizədlər Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional bölünür;

Vəsaitin 40 faizi Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalar arasında bərabər bölünür;

Vəsaitin 50 faizi Azərbaycan Respublikası Milli Məclisinin say tərkibinə bölünür və bunun nəticəsində alınan məbləğ Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalardan seçilmiş deputatların sayına vurulmaqla müəyyən edilmiş məbləğ həmin siyasi partiyalara ayrılır. Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş təkrar və əlavə seçkilər nəticəsində, həmçinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar, habelə digər səbəblərdən Azərbaycan Respublikasının Milli Məclisində siyasi partiyaları təmsil edən deputatların sayı artdıqda və ya azaldıqda bu vəsaitin həmin siyasi partiyalara ayrılması zamanı da bu maddənin birinci cümləsində nəzərdə tutulmuş qayda tətbiq olunur. Bu maddənin birinci cümləsində siyasi partiyalar üçün nəzərdə tutulmuş vəsaitin müvafiq rüb üzrə istifadə olunmamış hissəsi həmin rübün sonunda Azərbaycan Respublikasının Milli Məclisində siyasi partiyaları təmsil edən deputatların sayına uyğun olaraq proporsional qaydada siyasi partiyalara ayrılır;

Vəsaitin 5 faizi Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş təkrar və əlavə seçkilər nəticəsində, həmçinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan yeni siyasi partiyalara bu qanunun 25.2.2-ci maddəsinə əsasən aparılmış bölgü nəticəsində hər bir siyasi partiyanın müvafiq rüb üzrə payına düşən həcmdə ayrılır.

Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş təkrar və əlavə seçkilər nəticəsində Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan yeni siyasi partiyalara bu qanunun 25.2.4-cü maddəsinə uyğun olaraq ayrılacaq vəsait həmin seçkilərin yekunları Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edildiyi tarixdən sonrakı rübdən hesablanır.

Fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan yeni siyasi partiyalara deputatların sayına görə ayrılacaq vəsait həmin deputatların:

1. dövlət qeydiyyatdan keçmiş siyasi partiyanın üzvü kimi qeydə alındığı tarixdən sonrakı rübdən və ya;

2. üzv olduğu siyasi partiyanın dövlət qeydiyyatına alındığı tarixdən sonrakı rübdən hesablanır.

About Author