Hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilir.
Bakıda Heydər Əliyev Mərkəzində keçirilən tədbirə hakim partiyanın sədri, Prezident İlham Əliyev, Birinci vitse=prezident Mehriban Əliyeva, partiyanın tanınmış simaları və rəhbərliyi ilə yanaşı əksər siyasi partiyaların sədrləri, media rəhbərləri, digər nüfuzlu qonaqlar da qatılıb.
Tədbirdə iştirak edən partiya sədrləri arasında YAP-ın qurucularından biri, partiyanın keçmiş sədr müavini, hazırda Haqq Ədalət Partiyasına rəhbərlik edən Əli İnsanov da var.