“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının son toplatısı Ermənistan diplomatiyasının fiaskosu sayıla bilər”. Bu fikirləri “Milli İnkişaf” İctimai Birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, istər KTMT-nin toplatısında çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın digər ölkə rəhbərləri tərəfindən ciddiyə alınmaması və onun çıxışına diqqət etməmələri, istər toplantının yekunu olaraq qəbul edilən qətnamədə İrəvanın təkliflərinin nəzər alınmaması, istərsə də Paşinyanın həmin sənədi imzalamamsı deyilənləri təsdiqləyir. Sadaladığımız amillər bir daha Azərbaycan Prezidentinin “Kollektiv Təhlükəsizliyi Müqaviləsi Təşkilatında Azərbaycanın dostları Ermənistandankından çoxdur” fikrinin reallıq olduğunu ortaya qoyur”.
İctimai Birlik sədri hesab edir ki, KTMT-nin İrəvan toplantısında ona evsahibliyi edən Ermənistanın təkliflərinin qəbul edilməməsi həm də Azərbaycanın KTMT fonundan Ermənistana vurnuş olduğu diplomatik zərbədir.
Arzuman Muradlı Ermənistan baş nazirinin artıq bütün diplomatik qaydaları da unutduğunu, ölkə rəhbərinə xas olmayan addımlar atdığını deyib: “Soçidə Rusiya Federasiyasının prezidenti Vladimir Putinin çətiri altına girən Paşinyan bu dəfə də hava limanında Kreml rəhbərini qarşılayan zaman Putinin avtomobilinə əyləşdi. Bütün bunlar onu deməyə əsas verir ki, Paşinyan ölkə rəhbəri kimi nə etdiyinin fərqində deyil. Maraqlıdır ki, Paşinyanın üçüncü gedişi nə olacaq?”