Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətinin Orakazi bölgəsində kömür mədənində partlayış baş verib.
Partlayışın şiddəti nəticəsində mədəndə meydana gələn çökmədə 9 işçi həyatını itirib, 4 işçi isə yaralanıb.
Orakazi bölgəsinin qubernatoru Adnan Fərid həyatını itirən və yaralananların Şanqla bölgəsindən olduğunu bildirib.
İlkin araşdırmalara görə, partlayışın şaxtada yığılan qazdan baş verdiyi ehtimal edilir.
Mənbə: TRT